Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > İşğalçı Ermənistan üçün “ləyaqətli sülh” istəyi absurdu
Əsas Səhifə > Güney Press > İşğalçı Ermənistan üçün “ləyaqətli sülh” istəyi absurdu

İşğalçı Ermənistan üçün “ləyaqətli sülh” istəyi absurdu


28-01-2025, 11:24
İşğalçı Ermənistan üçün “ləyaqətli sülh” istəyi absurdu
Ötən həftəsonu Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Söhbət zamanı Azərbaycan-Ermənistan sülh danışıqları da diqqət mərkəzində saxlanılıb. Rubio ölkəsinin Azərbaycanla Ermənistan arasında “dayanıqlı və ləyaqətli sülh” istədiyini vurğulayıb.

İşğalçı Ermənistan üçün ləyaqətli sülh. Bu nə demək? Həqiqət belədir ki, beynəlxalq hüquqa əsaslanan dayanıqlı və ləyaqətli sülh müqaviləsinin imzalanmasını məhz rəsmi İrəvan ləngidir. İlk növbədə də öz konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaları çıxarmaq istəməməsi ilə. Bunsuz ABŞ-ın yeni administrasiyası Bakı və İrəvanı barışdırmağı, görəsən, necə təsəvvür edir? Yeni hökumət Ermənistana öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmağın vacibliyini başa sala biləcəkmi?

Rubionun sözlərini şərh edən erməni türkoloq Ruben Safrastyanın iddiasına görə, ABŞ çalışır ki, Azərbaycanla sülh müqaviləsi imzalayarkən Ermənistan özünü məğlub kimi hiss etməsin. “Düşünürəm ki, bu çox vacib bir məqamdır. ABŞ-ın bu mövqeyinin hansı nəticəyə gətirib çıxaracağını deyə bilmərəm, amma hər halda, biz bunu diqqətə almalıyıq. Bölgəmizdə bir neçə mühüm proses gedir, o cümlədən Qərblə Rusiya arasında region uğrunda mübarizə davam edir. Eyni zamanda Türkiyə, İran və Rusiya regiona ortaq yanaşmalar formalaşdırmağa çalışır. Cənubi Qafqaz geostrateji inkişafın yeni mərhələsinə qədəm qoyub”, - deyə o vurğulayıb.

Safrastyan hesab edir ki, ABŞ hələ də İran və Rusiyadan yan keçməklə Ermənistan üzərindən Orta dəhliz təşəbbüsündə maraqlıdır: “Düşünürəm ki, amerikalıları layiqli sülhlə bağlı ritorikadan istifadə etməyə məcbur edən məhz budur”.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın yeni hakimiyyətinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında həqiqətən maraqlı olduğunu söyləmək hələ tezdir: “Donald Tramp prezident fəaliyyətinə cəmi bir həftədir başlayıb. Təyinatlar həyata keçirilir, yeni administrasiya formalaşdırılır. Təyinatlarda qatı ermənipərəst fiqurların da yüksək vəzifələrə sahibləndirildiyi müşahidə edilir. Əgər Tramp hakimiyyəti doğrudan da Ermənistanla Azərbaycan arasında ədalətli sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, o zaman ilk növbədə İrəvana təsir etməlidir. Çünki sülh sazişinin imzalanmasından yayınan Ermənistandır. Paşinyan hökuməti sözdə sülh sazişini istədiklərini bəyan etsə də sülh sazişinin imzalanması üçün praktiki addımlar atmaqdan ən müxtəli bəhanələrə yayınır. Uzun müddətdir məhz bu cür taktikanı seçiblər. Sülh müqaviləsi üçün əsas əngəl Ermənistan Konstitusiyanın preambula hissəsində Azərbaycana qarşı ərazi iddiasını əks etdirən müddəadır. Bu müddəa ləğv edilməlidir. Ermənistan hakimiyyəti isə onu ləğv etməmək üçün müxtəlif əsassız bəhanələr irəli sürməkdə davam edir. Azərbaycan təbii ki, ləyaqətli sülh müqaviləsinin tərəfdarıdır. Ermənistanın ləyaqətini, ərazi bütövlüyünü pozacaq sülh müqaviləsini istədiyimizi heç zaman dilə gətirməmişik. Çünki bizim mövqeyimiz bəllidir. ABŞ-dan qarşıdakı dövrdə İrəvana sülh müqaviləsinin imzalanması üçün real təzyiqlər olmasa, bu, demək olacaq ki, Tramp administrasiyası da Bayden administrasiyası kimi sülh müqaviləsinin imzalanmasında əslində maraqlı deyil. Bayden Ermənistana konstitusiyanı dəyişmək üçün heç bir təsir göstərmədi. Əksinə, Ermənistanı açıq müdafiə siyasəti yürütməklə Paşinyan iqtidarını arxayınlaşdırdı. Paşinyan iqtidarı ABŞ, Fransaya arxalanaraq sülh müqaviləsini imzalamadı. Tram da eyni yolu seçəcəksə, Ermənistan yenə sülhdən uzaqlaşacaq”.

Politoloq qeyd etdi ki, Azərbaycanla sülh müqaviləsi imzalanmadan Ermənistanın böyük layihələrdə iştirak etməsi asan deyil. Bunu ABŞ artıq başa düşməlidir. ABŞ uzun müddətdir ki, İran və Rusiyadan yan keçməklə Ermənistan üzərindən Orta dəhliz layihəsinin reallaşdırılmasında maraqlı olduğunu nümayiş etdirir. Lakin arzularını gerçəkləşdirə bilmir. Nə qədər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamayıb, Türkiyə ilə münasibətlərini normal vəziyyətə gətirməyib, dalan dövlət olaraq qalacaq.

Geri qayıt