Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Süni qarşıdurma fonu:
Əsas Səhifə > Güney Press > Süni qarşıdurma fonu:

Süni qarşıdurma fonu:


28-01-2025, 13:58
Süni qarşıdurma fonu:
Paşinyan hökuməti ikili oyun oynayaraq Qərbə doğru reveranslar etsə də, Ermənistan Rusiyanın müttəfiqi olaraq qalır.
Lavrovun Mirzoyanla son görüşündən sonra mətbuat konfransında Ermənistanla münasibətlər haqda xoş sözləri də bunu sübut edir. Üzdə problem imitasiya edilsə də, Ermənistan sanksiya altında olan Rusiyaya re-eksport məsələsində əsas müttəfiqdir. Tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin indiyədək görünməyən 12 mlryard. dollara çatmasından məmnunluğunu ifadə ediblər. Bu dövriyyənin kökündə re-eksportun dayandığı Rusiyaya da, Qərbə də yaxşı məlumdur. 2023-cü ilin rəqəmlərinə görə, Belarus (52,7 faiz) və Ermənistan (41,1 faiz) arasında ticarət dövriyyəsində birinci yerdədir. Yəni iki dövlət arasında problem imitasiyası oyunudur və bu prosesdə əsas aktyorlar Putinlə Paşinyandır. Gözə kül üfürməyə isə ehtiyac yoxdur.
Paşinyan hakimiyyəti bir tərəfdən Rusiyadan uzaqlaşma imitasiyası ilə ABŞ və Qərbin həm maliyyə, həm də hərbi-siyasi dəstəyini almağa nail olub. Yəni ABŞ və Qərb hazırda Ermənistanı açıq-aşkar müdafiə edir, bu uydurma dövlətə silah-sursat, hərbi texnika dəstəyi verir. Paşinyan hakimiyyəti ABŞ və Qərbi aldadaraq, Ermənistanın sürətlə silahlandırılması prosesinə start verməyə nail ola bilib. Və buna paralel olaraq isə səhnə arxasından fərqli hədəfləri ön planda saxlamağı da qətiyyən unutmayıb. Yəni Paşinyan hakimiyyətinin Kremllə “gərgin” münasibətləri imitasiyası oyundur və bu prosesdə əsas aktyorlar Putinlə Paşinyandır.
Onu da xatırladaq ki, Rusiya hər zaman Ermənistana siyasi-diplomatik, hərbi dəstək verib. Ermənistanın bir dövlət kimi də yaranması, mövcudluğunda Rusiyanın böyük xidməti var. Ermənistanın ərazisinin 9 min kv km-dan 29 minə qədər Azərbaycan torpaqları hesabına artmasının səbəbi də məhz Rusiyadır. 44 günlük müharibədə də Ermənistana Rusiya hər cürə kömək etdi, müharibəni dayandırdı, Qarabağa sülhməramlı adı ilə soxuldu. Lakin Azərbaycan həyata keçirdiyi praqmatik və uzaqgörən siyasəti ilə bu məsələləri həll edə bildi. Bu nöqteyi-nəzərdən Rusiyanın indi Ermənistanı silahlandırması, ticarətin 12 milyard dollara çatdırılması siyasi kursun dəyişikliyi kimi yox, Rusiyanın Ermənistanla bağlı ənənəvi siyasətinin davamı kimi qiymətləndirilir.

Siyasi şərhçi Aydın Quliyevin “Sherg.az"a açıqlamasına görə, Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarının görüşü barədə məlumatlar və səsləndirilən rəqəmlər çoxdankı şübhələri daha da gücləndirir:

"Əslində, Rusiyanın Ermənistanı özünə forpost kimi saxlamaq siyasəti dəyişməyib. Paşinyanın hakimiyyətə gəldiyi 2018-ci ildən bu pərdəarxası oyun davam etdirilir.
Rusiya ilə Ermənistanın hazırkı münasibətləri "üzdə düşmən, arxada dostluq" prinsipinə söykənir. Rusiyanın xarici siyasət taktikasından bir nümunəni gətirək. Biz bilirik ki, Rusiya siyasi-diplomatik münasibətlərin zəiflədiyi ölkələrə münasibətini ən azı təbliğat müstəvisində belə bir tezis üzərində qurur: "Bizdən uzaqlaşan kimi, iqtisadi inkişafları yavaşıyıb, böhran başlayıb və sair". Maraqlıdır ki, biz Ermənistana münasibətdə Rusiyanın, nədənsə, belə siyasət apardığını nəinki görmürük, hətta Ermənistanın Rusiyadan uzaqlaşdıqca sanki daha yaxşı inkişaf etdiyini və ağ günlərə çıxdığını görürük. Ukrayna müharibəsindən əvvəl 2021-ci ildə Rusiyanın Ermənistanla ticarət dövriyyəsi cəmi 2,5 milyard dollar olduğu halda, indi isə 12 milyard dollara çatmasının başqa bir izahı yoxdur.
Ukrayna müharibəsi başlayandan Ermənistandan Rusiyaya ixracın böyük həcmdə artdığını, bu artımın əsasən " çip" texnologiyalı cihaz və avadanlıqlar hesabına baş verdiyini hər kəs bilir. Rusiya sanksiya altında olduğu üçün bu cür ikitəyinatlı mallar əvvəlcə Ermənistana, oradan isə Rusiyaya reeksport olunur. O da bilinir ki, Ukrayna müharibəsindən sonrakı 2,5 il ərzində Ermənistandan xarici ölkələrə qızıl və brilyant ixracı inanılmaz dərəcədə artıb. Bunlar Rusiyanın qızıl və brilyantlarıdır, reeksport qaydasında sanksiyalardan yan keçməklə Rudiyadan gətirilir və sonrakı ünvanlara Ermənistandan ötürülür”.

Siyasi şərhçinin sözlərinə görə, Rusiya və Ermənistan aralarında siyasi qarşıdurma fonu yaratsalar da, əslində, hər ikisinə milyardlarla dollar qazanc gətirən dərin iqtisadi-ticarət münasibətləri içindədirlər:
“Maraqlı nüanslardan biri Rusiyanın bu günə qədər Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanın əsaslı şərtinə real dəstək verməməsi və bu yöndə praktik addım atmamasıdır .
Ukrayna Avropa Birliyinə üzv olmaq və NATO ilə yaxınlaşmaq kursu elan edən kimi Rusiya onun başına od ələdi. Eynisini Ermənistan da etdiyi halda, niyə Rusiya Ermənistana qarşı ritorik ittihamlardan başqa heç bir addım atmır, üstəlik, onun qara-qura yollarla iqtisadi inkişafına dəstək verir və bundan qürur duyduğunu açıq göstərir?! Bu və digər arqumentlər ikibaşlı Rusiya- Ermənistan oyunlarının getdiyi barədə şübhələri əsaslı dərəcədə gücləndirir”.

Geri qayıt