Əsas Səhifə > Güney Press > Paşinyan “erməni soyqırımı” səhifəsini bağlayır

Paşinyan “erməni soyqırımı” səhifəsini bağlayır


27-01-2025, 12:16
Paşinyan “erməni soyqırımı” səhifəsini bağlayır
Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma erməni soyqırımı məsələsini bağlamağa hazırlaşır.

Teleqraf.com
xəbər verir ki, bu barədə erməni teleaparıcı Lika Tumanyan bildirib.

“Nikol Paşinyan erməni soyqırımı (qondarma – red.) səhifəsini bağlayan şəxs kimi tarixdə qalmaq istəyir”, - aparıcı deyib.

Xatırladaq ki, Paşinyan bundan əvvəl İsveçrədə erməni icması ilə görüşündə qondarma soyqırımı məsələsindən danışıb.

Ermənistan rəhbəri çıxışında dolayı yolla ermənilərin tarixi saxtakarlığa yol verdiklərini etiraf edib:

“Nə və niyə baş verdiyini anlamaq lazımdır. Bəs biz bunu necə qavradıq, kimin vasitəsilə qavradıq? Necə oldu ki, 1939-cu ildə (qondarma – red.) erməni soyqırımı gündəmi yox idi və necə oldu ki, 1950-ci ildə erməni soyqırımı gündəmi yarandı? Necə oldu, başa düşməliyik”.

Geri qayıt