Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Əsas Səhifə > Güney Press > “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”

“Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”


Dünən, 06:20
“Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
“Şəfiqə Axundova mənim üçün də, bacım Rübabə üçün də çox dəyərli insan və bəstəkar idi. O həqiqətən də Azərbaycan üçün tarixi əsər, bir tapıntı idi. Baxmayaraq ki, həyatı çox məşəqqətlərlə keçmişdi, amma bütün bunlara baxmayaraq o sənətlə xoşbəxt olmağı bacarırdı. Xoşbəxtliyi təkcə sənətində tapırdı. Yazdığı əsərlər, operalar və s. onu daha da məşhurlaşdırmışdı. Mənimlə qonşu idi, həmişə gedirdim onlara. O qədər mehriban, səmimi idi ki.. Heç ağlıma da gətirmirdim ki, o cür böyük sənətkar bu qədər sadə olsun. Bacım Rübabə ilə çox yaxın rəfiqə idi. Rübabənin ifasında ən məşhur mahnıların bəstəkarı da məhz Şəfiqə Axundova olub”

Bunu Moderator.az-a açıqlamasında Rübabə Muradovanın bacısı, müğənni Tahirə Muradova deyib. O daha sonra əlavə edib:

“Şəfiqə xanımın oğlu Talehdə olan istedad milyonda bir sənətkarda var idi. O da bəstəkar idi. Dillərə dastan olan “Həsrətindən” mahnısını təkcə misal çəkmək olar. Onun ifasında bu əsər bir başqa idi. Amma taleyi gətirmədi. Yadıma düşəndə o qədər pis oluram ki. Şəfiqə xanım onu evləndirəndə, toy edəndə o qədər sevinmişdi ki.. Öz qohumları ilə evləndirmişdi Talehi. Şəfiqə xanım deyirdi ki, Tahirə, uçmağa qanadım yoxdur. Bir dənə övladı da olsaydı dərdim olmazdı. Nəsə ailə həyatı alınmadı. 3 ay sonra ayrıldılar. Şəfiqə xanım Talehin xəstəliyinə görə əzab çəkirdi. Taleh ruhi xəstə idi, qab-qaşığı sındırırdı, evi dağıdırdı.. Amma çox gözəl ürəyi var idi. Dispanserdə yatanda yanına getmişdim. Görüb məni tanıdı. Gözləri doldu.. Bu Talehlə bizim sonuncu görüşümüz idi. O öləndən sonra qanadlarım sındı. Çox pis halda öldü.. Talehi bilərəkdən məhv etdilər. Çox istedadlı idi. Paxıllığını çəkirdilər. Şəfiqə xanım həkimdən də şikayət edirdi. Yazıq ana onun dərdini çəkdi. Talehin ölümünü ondan gizlətdilər. Verilişlərdən birində ona deyilmişdi ki, Taleh ölüb.. Hər ikisinin də ruhu şad olsun” deyə Tahirə Muradova deyib.

Qeyd edək ki, Taleh Hacıyev 2008-ci ildə Maştağada yerləşən ruhi əsəb xəstəxanasında dünyasını dəyişib.
Geri qayıt