Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Daha bir vətəndaş “TikTok”da aldandı:
Əsas Səhifə > Güney Press > Daha bir vətəndaş “TikTok”da aldandı:

Daha bir vətəndaş “TikTok”da aldandı:


24-01-2025, 19:28
Daha bir vətəndaş “TikTok”da aldandı:
Bakı şəhər sakini Gülnarə Mikayılova “TikTok”da dələduzların qurbanı olub.

Musavat.com-a müraciət edən G.Mikayılova bildirib ki, “TikTok”da mebel istehsalı ilə məşğul olan sexin səhifəsinə rast gəlib.

Bundan sonra ailəsi stol-stul sifariş vermək üçün orada göstərilən nömrə ilə əlaqə saxlayıb və mebel sifariş vermək üçün kart vasitəsi ilə qarşı tərəfə 750 manat pul ödəyib:

“İki həftə keçəndən sonra mebellərdən səs-soraq çıxmadığını gördük. Telefon əlaqəsi saxladıq, dedilər ki, bir az gecikir, laklanma işləri qalıb. Üstündən müəyyən zaman keçəndən sonra yenə zəng etdik, lakin bu dəfə ümumiyyətlə, zəngimizi açmadılar. Vatsap mesajlarımızı oxuyurlar, lakin bizə cavab vermirlər. Əminəm ki, bizim kimi digər vətəndaşları da aldatmağa davam edirlər. İndi “TikTok” səhifələrini bağlayıblar, lakin instaqram səhifələri hələ də qalır. Onların dələduzluğu ilə bağlı 102-yə zəng edib məlumat vermişik, araşdırma aparılır”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Lumu İsrəfilli Musavat.com-a bildirib ki, vətəndaşın müraciəti əsasında müvafiq polis orqanında araşdırma aparılır.

Geri qayıt