Əsas Səhifə > Güney Press > Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir
Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkirBu gün, 11:10 |
Ermənistana qarşı istənilən təcavüzü dayandırmağın ən yaxşı yolu onu daha da gücləndirməkdir, məsələn, təhlükəsizlik, ticarət və iqtisadiyyat baxımından daha güclü Avropa strukturlarına inteqrasiya etməkdir. AzVision.az xəbər verir ki, Finlandiya parlamentinin spikeri Yussi Halla-aho Şimali Avropa və Baltikyanı əməkdaşlıq formatlı ölkələrin parlamentlərinin spikerləri və vitse-spikerlərinin iştirakı ilə keçirilən “Sülh və demokratiya naminə birlikdə” panel müzakirəsində çıxışı zamanı belə iddia səsləndirib. “Ermənistanın aydın iradəsi var və o, Rusiyanın iqtisadi təsir zonasından çıxmaq zərurətini dərk edir. O, öz üzərinə düşəni etməli olacaq və biz də üzərimizə düşəni edəcəyik”, - Finlandiya parlamentinin sədri Ermənistana “canıyananlıq” nümayiş etdirib. Yussi Halla-ahonun bəyanatından belə çıxır ki, onilliklər boyu Rusiyanın və Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ermənistana verdiyi milyardlarla dollarlıq preferensiyaları indi Finlandiya özü ödəməyə hazırdır. Amma, böyük ehtimalla, finlandiyalı siysətçi bu yükün çox cüzi hissəsinin Helsinkinin, qalanının isə digər Avropa ölkələrinin üzərinə qoyulmasını nəzərdə tutur. Geri qayıt |