Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Əsas Səhifə > Güney Press > Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib

Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib


Dünən, 16:16
Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Fransa Senatı keçmiş baş nazirlərə və prezidentlərə verilən imtiyazların ləğvini nəzərdə tutan 2025-ci il büdcəsinə düzəlişin lehinə səs verib.

“Report” xəbər verir ki, bu barədə qərarın təşəbbüskarı, Normandiyadan olan mərkəzçi senator Natali Qule sosial şəbəkələrdə məlumat verib.

Məlumata görə, Milli Assambleyanın birgə komissiyasında təsdiqlənməli olan təşəbbüs büdcəyə ildə 2,8 milyon avroya qənaət etməyə imkan verəcək.

Fransanın baş nazirləri istefa verdikdən sonra xidməti avtomobil, şəxsi sürücü və şəxsi katibə malik olmaq hüququ əldə edirlər. Lakin bu imtiyazlar 2019-cu ildən yaş həddi ilə məhdudlaşdırılaraq keçmiş məmur 67 yaşına çatanadək qüvvədə qalır.

Keçmiş baş nazir Mişel Barnye ötən ilin noyabrında hələ vəzifədə olarkən sələflərini "səy göstərməyə" və dövlət resurslarının istifadəsində "daha təvazökar olmağa" çağırıb.

Geri qayıt