Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib?
Əsas Səhifə > Güney Press > Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib?

Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib?


Bu gün, 12:26
Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib?
“Karmen” MMC təhlükə potensiallı obyektləri dövlət reyestrində qeydiyyatdan keçirmədiyinə görə cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 276-1-ci (Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Karmen” MMC-nin qanuni təmsilçisi İlham Şəmil oğlu Xəlilovdur. Mətbuatda şirkətin sabiq deputat Əsabil Qasımova məxsus olduğu bildirilir.

Geri qayıt