Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi?
"Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi?Bu gün, 12:15 |
"Qazprom"un Azərbaycan nümayəndəliyinin keçmiş rəhbərinin evindən oğurluq etməkdə təqsirləndirilən Əkbər Bəşirlinin cinayət işinin bəzi detalları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, Əkbər Bəşirli 2022-ci il noyabrın əvvələrində Akif Həsənova məxsus fərdi yaşayış evinə açıq olan giriş qapısından qanunsuz daxil olaraq, ikinci mərtbədə yataq otağındakı dolabdan dəyəri 17 min avro olan (o zamankı məzənnə ilə 32 min 300 manat) "Brege" markalı qızıldan hazırlanmış kişi qol saatını və 18 min avro dəyərində (o zamanın məzənəsi ilə 34 min 200 manat) olan "Audemer Pegue" markalı qızıldan hazırlanmış kişi qol saatını gizli yolla talayıb. Beləliklə, o, Akif Həsənova ümumilikdə 66 min 500 manat məbləğində ziyan vurub. Bundan başqa, Əkbər Bəşirli 2024-cü ilin yanvar ayının sonlarında Akif Həsənova məxsus bağ evinin birinci mərtəbəsindəki yataq otağında yerləşən dolabdan bir ədəd dəyəri həmin vaxtın məzzənəsi ilə 91 min 200 manat olan 48 min avroluq "Audemer Pegue" markalı qızıldan hazırlanmış qol saatını da gizli yolla talayıb. Əkbər Bəşirli həmçinin, həmin ilin martında Akif Həsənovun bağ evinin ikinci mərtəbəsindəki yataq otağında yerləşın dolabın içərisindən bir ədəd 2 min 280 manat olan dəyərində olan "Audemer Pegue" markalı kişi qol saatını, bir ədəd 17 min avro dəyərində "Mazeratti (Bulgary)" markalı kişi qol saatını, həmin dolabda olan 200 manat dəyərində dəmir seyfi, həmin seyfin içərisindəki 6000 avro dəyərində olan "Poljot" markalı kşi qol saatı, bir ədəd 600 avro dəyərində "Orinet" markalı kişi qol saatını oğurlayıb. Eyni zamanda, təqsirləndirilən şəxs, 1 ədəd 3 min 234 manat dəyərində çəkisi 29,40 qram olmaqla 750 ǝyarlı qızıla uyğun olan sarı-gümüşü rəngli metaldan üzərində "750" ǝyar damğası həkk olunmuş boyunbağı, 1 ədəd sarı 25 min 790 manat dəyərində çəkisi 23,45 qram olmaqla 750 ayarlı qızıla uyğun rəngli metal kürələrdən ibarət-üzərində "750" ǝyar damğası həkk olunmuş qolbaq, 1 ədəd 607 manat dəyərində çəkisi 5,52 qram olmaqla 750 ǝyarlı qızıla uyğun üzərində kürə formalı elementi olan-üzərində "750" ǝyar damğası həkk olunmuş sırğa cütü, 1 ədəd 1005 manat dəyərində çəkisi 9,14 qram olmaqla 750 ǝyarlı qızıla uyğun sarı rəngli metaldan -üzərində "750" ǝyar damğası həkk olunmuş üzük və s qızıl əşyaları, həmin tarixə məzənnəsi 9 min 350 manat olan 5 min 500 ABŞ dolları, 470 türk lirəsi, 950 rus rubulu, 75 arab dirhəmi, 15 manat gizli yolla talayıb. O, zərərçəkmiş Akif Həsənova ümumilikdə 66 min 447 manat 73 manat dəyərində, yəni külli miqdarda ziyan vurmaqla təkrarən oğurluq edib. Bundan başqa, Əkbər Bəşirli dəmir seyfdə saxlanılan Akif Həsənova məxsus bağ evinin çıxarışını və hərbi biletini yandırıb. Həmçinin həyətdən gətirdiyi neftlə evin birinci mərtəbəsində yerləşən yaşayış otağının daxilinə töküb alışqan ilə yandırmaqla zərərçəkmiş şəxs Akif Həsənova ümumilikdə 450 min 000 manat ziyan vurub. Əkbər Bəşirliyə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda), 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə), 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə ittiham irəli sürülüb. Geri qayıt |