Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Əməkhaqqına bu əlavələr nəzərdə tutulub...
Əsas Səhifə > Güney Press > Əməkhaqqına bu əlavələr nəzərdə tutulub...

Əməkhaqqına bu əlavələr nəzərdə tutulub...


Bu gün, 09:09
Əməkhaqqına bu əlavələr nəzərdə tutulub...
Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən işçilərin əmək haqqına aşağıda qeyd olunan əlavə ödənişlər də nəzərdə tutulur:
1. Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən: 20 km - dən 40 km - dək uzaqlıqda yerləşən müəssisə, idarə, təşkilatlarda və iş yerlərində çalışan işçilərin əmək haqqına artımın minimum miqdarı -1,2 faiz. 40 km və ondan çox olduqda isə artımın minimum miqdarı - 1,4 faiz məbləğində müəyyən edilmişdir.
2. Xəzər dənizində yerləşən iş vəobyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın minimum miqdarı aşağıdakı kimi müəyyən edilmişdir:
Sahillə quru yol əlaqəsi olduqda - 1,4 faiz.
Sahillə quru yol əlaqəsi olmadıqda, sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə:
0,5 km-ə qədər - 1,5 faiz.
0,5 km-dən 70 km-ə qədər - 1,65 faiz.
70 km-dən artıq -1,75 faiz.
3. Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən - 1500 metrədək olduqda, artımın minimum miqdarı -1,1 faiz. 1500 metrdən-2000 metrədək olduqda, artımın minimum miqdarı 1,2. 2000 metrdən yuxarı olduqda isə artımın minimum miqdarı 1,3 faiz məbləğində müəyyən edilmişdir.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.website)

Geri qayıt