Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..."
Əsas Səhifə > Güney Press, Partiya > "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..."

"Azərbaycanın AŞ PA-dan gözləntisi budur..."


Bu gün, 08:41
"Azərbaycanın AŞ PA-dan gözləntisi budur..."
Hazırda Azərbaycanla Avropa Şurası Parlament Assambleyası (AŞ PA) arasında heç bir dialoq mövcud deyil. Bu qurum özünü elə bir quyuya salıb ki, buradan onun qısa zamanda çıxması inandırıcı deyil. İndi isə AŞ PA, Avropa Birliyi, ABŞ ətrafındakı proseslər tamamilə fərqli istiqamətdə cərəyan etməyə başlayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“AŞ PA müstəqil təşkilat deyil. Bu qurum öz müstəqilliyini çoxdan itirib. İki kontekstdə təşkilat nüfuzunu heçə endirdi”, - deyə o qeyd edib.

Komitə sədri hesab edir ki, AŞ PA-da Frank Şvabe (almaniyalı ermənipərəst deputat) kimi şəxslər artıq “hökmranlıq” edir: “Ona görə də AŞ PA-nı getdikcə cılızlaşdırır, ucuzlaşdırır və daha çətin, gərgin vəziyyətə salırlar. Bu, özlüyündə həmin təşkilatda olan mənfi elementlərdən biridir”.

Səməd Seyidova görə, hazırda AŞ PA-nın Avropada və dünyada nüfuz təsiri getdikcə aşağı düşür: “Demək olar ki, bu təşkilatın mövqeyi heç nədə nəzərə alınmır. Bu isə Avropa Birliyinin, ABŞ-ın daxilində baş verən proseslərlə bağlıdır. Ona görə də AŞ PA-nın durumu daha çox Avropa Birliyində və ABŞ-da baş verən məsələlərdən asılıdır. Çünki bu qurum müstəqil olaraq öz sözünü deməkdən könüllü şəkildə imtina edib. Qeyri-obyektiv qərarların qəbulu, ikili standartların üst səviyyəyə qaldırılması və böyük səhvlər AŞ PA-nı indiki hala salmış oldu”.

Qeyd edək ki, yanvarın 24-də Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bunun AŞ PA-dan Azərbaycana qarşı qeyri-obyektiv qərarların verilməsi ilə bağlı olduğu açıqlanıb. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası yanvarın 27-də işə başlayacaq. Ancaq Azərbaycan iştirak etməyəcək. Bakı qarşı tərəfdən addım gözləyir və qoyulan sanksiyanın ləğvini tələb edir. Bir neçə gün sonra başlanacaq iclaslarda Azərbaycanla bağlı hansı qərarlar və müzakirələr ola bilər?

Deputat Azər Badamov Azərbaycanın tələblərinin hələ də yerinə yetirilmədiyini qeyd etdi: “Avropa Birliyi və AŞ PA deqradasiyaya uğrayıb. Bu qurumlar öz müstəqilliyini itiriblər və sifarişlər əsasında qərarlar qəbul edirlər. ABŞ-da Trampın hakimiyyətə gəlməsi Avropa Birliyində narahatlıq yaradıb. Avropa Birliyinin rəhbərlərinin Trampın andiçmə mərasiminə dəvət olunmaması ABŞ-la Avropa Birliyi arasında münasibətlərin yeni bir dönəminin başlanacağına mesaj idi. Çünki Tramp demokratiyanın, müstəqilliyin və ədalətli əməkdaşlığın tərəfdarıdır. Amma Avropa Birliyi və AŞ PA ikili standartların və sifarişlərin icraçısına çevrilib. Bu baxımdan Azərbaycan-AŞ PA münasibətləri bir ildir ki, dayanıb. Azərbaycan AŞ PA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Tələbimiz isə ölkəmizə qarşı qərəzli münasibətin dəyişdirilməsi, şavabelərin təsiri altında qərəzli qərarların qəbul olunmasının dayandırılmasıdır. Təbii ki, AŞ PA öz qış sessiyasında Azərbaycana qarşı münasibətini dəyişərsə, yəni sanksiya siyasətindən əl çəkərsə, bizim yenidən qayıtmağımız mümkündür. Azərbaycanın AŞ PA-dan gözləntisi budur. Amma onlar öz qərəzindən əl çəkməzlərsə, bizim də o xristian yuvasında işimiz olmayacaq. Avropa nəzərə almalıdır ki, dünyada siyasi müstəvi dəyişilir. Bu baxımdan ABŞ Avropa Birliyi münasibətlərinə yenidən baxarsa, Avropanın qurumları da öz yoluna qayıda bilər”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov AŞ PA-nın Azərbaycanla bağlı tutduğu səhv mövqeyin hələ də davam etdiyini söylədi: “Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında iştirakının bir il əvvəl qeyri-müəyyən müddətə dayandırılmasına səbəb qurumun haqsız və ədalətsiz mövqe tutması və erməniləri birtərəfli qaydada dəstəkləməsi oldu. Xüsusən də almaniyalı Frank Şvabe kimi deputatların aqressiv hücumları nəticə etibarı ilə AŞ PA-Azərbaycan münasibətlərini qopma həddinə çatdırdı. Beləliklə də Azərbaycan bu qurumu tərk etmək məcburiyyətində qaldı. Təəssüf doğuran odur ki, Parlament Assambleyası öz səhvini düzəltmək və konstruktivlik göstərmək əvəzinə, bunun tamam tərsini etməklə gerdönüşü faktiki bloklamış oldu. Azərbaycan bu qurumda fəaliyyətini bərpa etməkdə və fəal işləməkdə maraqlıdır. Ancaq AŞ PA ölkəmizlə bağlı mövqeyində dəyişikliklər etmədiyindən, qərəz-mərəzindən özünü xilas edə bilmədiyindən qurum 24 yanvar sessiyasını da Azərbaycansız keçirməli olacaq. Görünən odur ki, AŞ PA Azərbaycanla bağlı hələ də düzgün xətt götürməyib və təzyiqlərini davam etdirəcək. Baxmayaraq ki, qəbul etdiyi sənədlərin hüquqi çəkisi yoxdur və deklorativ xarakter daşıyır. Ancaq Azərbaycanın Parlament Assambleyasından kənar tutulması bu qurum üçün də ciddi itki sayılmalıdır. Çünki Azərbaycan Avropanın bir parçasıdır və Qərbə inteqrasiya yönündə Moskvanın təhdidlərinə baxmayaraq riskli addımlar atır. Nəqliyyat və enerji şaxələndirilməsində, eləcə də təhlükəsizlik arxitekturasında önəmli rolu var. Problem ondadır ki, istər AŞ PA olsun, istər Avropa Parlamenti olsun, istərsə də Qərbin bir sıra təsisatları olsun, nə yazıq ki, müstəqil və sərbəst qərarlar vermək və obyektivlik göstərmək iqtidarında deyil. Həmin institutlar Fransa və Almaniyanın təsiri altındadır və çox vaxt bu dövlətlərin maraqları kontekstindən çıxış edir. Məncə, AŞ PA özü müstəqil orqana çevrilməyincə belə gərginliklərı və əməkdaşlığa mane törədən halları ortadan götürmək mümkün olmayacaq. Halbuki Moskvanın təzyiqlərinə məruz qalaraq Qərbə inteqrasiyaya can atan gənc dövlətlər üçün AŞ PA əlverişli məkan, dialoq və dostuq körpüsü olmalıdır. Demokratiyanın beşiyi sayılan Avropada demokratiyaya sayğısızlıq ümumi bəşəri dəyərlər üçün mübarizə aparanları da çətin duruma salır və ümidsizləşdirir”.

“Yeni Müsavat”

Geri qayıt