Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir
Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkirBu gün, 16:31 |
Katex yaşayış məntəqəsi Balakənin ən çox əhali məskunlaşdığı və bir neçə obanı birləşdirən qəsəbə tipli kəndlərdən biridir. Bu kənddə 12 minə yaxın əhali yaşayır. Yaşayış məntəqəsinin bir neçə iri obası var ki, bunlar da artıq böyüyərək kənd statusunu alıblar. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Katexin Qaracalar obasının sakinləri ilin-günün bu zamanında, yəni qışın oğlan çağında içməli sudan əziyyət çəkir. Adətən bu yaşayış məntəqəsində əksər həyətlərdən təsərrüfat suyu axır. Lakin ondan istifadə etmək sağlamlıq baxımından təhlükəli hesab edilir. İlk növbədə ona görə ki, bu sular texniki baxımdan müəyyən standrtlara uyğun deyil. Kənd sakinləri bildirir ki, həyətlərdən axan sulardan mal-qara, it-pişik, hər cür vasitələrə istifadə edilir. Bəzən insanlar o sudan maşın yuyur, bəzən də pal-paltar yuyanlara təsadüf edilir. Həyətində kəhriz qazdıranlar içməli su problemini həll etsələr də, əksər sakinlər il boyu uzaqdan su gətirmək məcburiyyətində qalır. Məsələn, sakinlərdən öyrənirik ki, bir kəhrizin qazılması 5-7 min manata başa gəlir. Bəzi qonşular şəxsi sularından ətrafdakı insanlara da yeri gələndə istifadə üçün izn verir. Bəzən isə qonşular evdə olmayanda, ya günün elə dövrünə düşür ki, hər dəfə kəhrizi olanlara müraciət etmək müşkülə çevrilir. Nəticədə sakinlər uzaq məsafələrdən su daşımaq məcburiyyətində qalırlar. Bizim.Media-ya danışan kənd sakini Səməd Çiçiyevin sözlərinə görə maşınla su almaq da sərfəli deyil. Bir maşın su yaz-yay aylarında 60-70 manata, kiçik çənlərdə isə 25-30 manata başa gəlir ki, buna da pul çatdırmaq kənd sakinləri üçün çətindir. Sakinlərin qarşılaşdığı məsələ ilə əlaqədar kənd bələdiyyəsinə müraciət etdik. Bildirildi ki, oba sakinlərinin su problemi onlara da bəllidir. Məsələni həll etmək məqsədi ilə ötən il Qaracalar kəndində su artezian quyusu qazılıb. Lakin həmin sakinlərin yerləşdiyi məhəllə istiqamətində suyun aparılması üçün min iki yüz metrdən bir qədər artıq iri boru xətlərinin çəkilməsi lazımdır. Məsələ ilə bağlı sakinlərlə də müzakirələr aparıldığını deyən bələdiyyə nümayəndəsi məsələni qarşıdakı aylarda həll edəcəklərini bildirdi. Geri qayıt |