Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Tramp ilk müharibəni elan etdi
Əsas Səhifə > Güney Press > Tramp ilk müharibəni elan etdi

Tramp ilk müharibəni elan etdi


Bu gün, 15:36
Tramp ilk müharibəni elan etdi
ABŞ Prezidenti Donald Tramp Meksikanın narkotik kartellərini xarici terror təşkilatı kimi tanıyan sərəncam imzalayıb. Srəncamda kartellərin zorakılıq və terror kampaniyasına qoşulduğu və ABŞ-ı cinayətlə doldurduğu, milli təhlükəsizlik riskləri yaratdığı bildirilir. Bundan əlavə, sərəncamda ABŞ-dakı bu qrupların tamamilə məhv edilməsinin prioritet olduğu göstərilib.

Globalinfo.az-a danışan analitik Aqşin Kərimovun sözlərinə görə, Meksikanın transmilli cinayətkar təşkilatları ABŞ üçün böyük narkotik təhdidləri yaradır və faktiki olaraq onlara hüquq çərçivəsində meydan oxumaq mümkün deyil:

“ABŞ-da Meksika kartelləri üçün təsir sahələri genişdir və onlar görüləcək tədbirlərdən yayınmaq üçün müxtəlif hücrələrdə fəaliyyətlərini davam etdirirlər (rəsmi açıqlanan məlumatlara baxmaq olar).

Məsələ burasındadır ki, Trampın Meksika kartellərinə qarşı elan etdiyi “müharibə” onun başqa məqsədlərini də ifadə edir.

Tramp əslində Meksika kartelləri ilə bağlı olduğu aşkar ediləcək qanuni biznesləri mühakimə etmək üçün qapılar açmaqda maraqlıdır. Burada bir sual yaranır: Görəsən, Trampın rəqib hesab etdiyi hansı milyarder və ya milyoner Meksika kartelləri ilə əlaqədədir?
Üstəlik, bu qrupların xarici terror təşkilatları kimi tanınması son nəticədə Meksikada və ya oxşar qrupların fəaliyyət göstərdiyi digər ölkələrdəki hədəflərə qarşı hərbi əməliyyatlara haqq qazandırmaq üçün istifadə edilə bilər.
Tramp Meksika kartellərinə qarşı davamlı qətiyyət göstərsə, ABŞ daxilində atışmalar, ölümlər çoxala bilər.

Politoloq qeyd edib ki, məsələnin Azərbaycan üçün də diqqətçəkən tərəfləri var:

“Çünki Meksika mafiyasının ABŞ-da erməni cinayətkar dəstələri ilə əlaqələrinin olması barədə məlumatların əhatəsi mövcuddur. Ehtimalıma əsasən, ABŞ-dakı Meksika kartelləri ilə əlaqədar olan erməni cinayətkar dəstələri, o cümlədən beynəlxalq əlaqələri olan “Erməni Gücü” mafiya qrupu Trampın qərarlarından zərbə ala bilər.

Bu baş versə, belə proqnozu səsləndirmək olar:

Ehtimal ki, erməni cinayətkar şəbəkələri erməni lobbisinin maliyyələşməsi sxemində iştirak edir. Əgər onlar zərbə alsa, erməni lobbisi iflasa uğrayaraq ABŞ ictimai-siyasi dairələrində zəif duruma düşəcək. Deməli, Trampın kartellərə qarşı savaşının Azərbaycan üçün xeyirli tərəfləri də var və Bakı yəqin ki, bununla əlaqədar prosesləri prioritet kimi olmasa da, diqqətdə saxlayacaq”.

Geri qayıt