Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Əsas Səhifə > Güney Press > Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı

Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı


Bu gün, 11:51
Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasına start verilib.
İqtisadiyyat.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi bu istiqamətdə həyata keçirilən hazırlıqları başa çatdırıb.

Agentlik yenidənqurma işlərinin icrasını "Hovers Group" MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, kanalın yenidən qurulması 12.430.027,54 manata başa gələcək.

Xatırladaq ki, Bənəniyar su anbarı Culfa rayonu ərazisində Bənəniyar kəndinin qərbində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1989-cu ildə istismara verilib. Bəndin hündürlüyü 36.5 m, bəndin uzunluğu 960 m və su anbarının ümumi həcmi 17.4 mln.m³-dur. Suvarma sahəsi 3400 ha-dır.

Beton kanal əsasən Bənəniyar su anbarının doldurulması üçün istifadə olunur. 17.4 milyon kubmetr su tutumu olan anbar Culfa və Babək rayonunun 4200 hektar əkin sahələrini suvarma suyu ilə təmin edir. Bu baxımdan uzunluğu 7,7 kilometr olan kanal yenidən qurularaq sukeçirmə qabiliyyətinin saniyədə 3 kubmetrdən 5 kubmetrə çatdırılması su anbarının qısa müddətdə doldurulmasına zəmin yaradacaq.

Geri qayıt