Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Pensiya yaşının artırılması məntiqsizliyi...
Əsas Səhifə > Güney Press > Pensiya yaşının artırılması məntiqsizliyi...

Pensiya yaşının artırılması məntiqsizliyi...


Bu gün, 14:00
Pensiya yaşının artırılması məntiqsizliyi...
İndi Azərbaycanda kişilər 65, qadınlar 64 yaşında pensiyaya çıxır. Belə qalmayacaq, zərif cinsin nümayəndələri də gələn ildən yalnız 65 yaşında pensiya almaq hüququ əldə edəcək. 2017-ci ilin iyulundan yaş həddi artırılmaqda davam edir. Onda kişilər 63 il 6 ay, qadınlar isə 60 il 6 ay həddində pensiyaya çıxırdı. Hər il 6 ay olmaqla yaş həddi artırıldı. İndi elə vəziyyət yaranıb ki, ölkədə kişilərin 48 faizi pensiya üzü görmədən həyatdan köçür. Qadınlarda da vəziyyət çox fərqli deyil.

Bizimyol.info xəbər verir ki, Azərbaycan pensiya yaşı ən yüksək olan ölkələrin sırasında yer alır. Siyahıda 65 həddini keçən cəmi 13 dövlət gözə dəyir. Bir bu qədər də ölkədə pensiyaya 65 yaşında çıxmaq imkanı verilir. Yəni əksəriyyətdə durum daha qənaətbəxşdir.

İş orasındadır ki, pensiya yaşı bizdən daha yüksək olan ölkələrdə insanlar xeyli çox yaşayır. Azərbaycanda orta hesabla 9,5 il pensiya almaq mümkündür. Pensiya yaşı 67 olan Avstraliyada rəqəm 16,92, İtaliyada 16,72, İspaniyada 16,67, İslandiyada 15,69, İsraildə və İrlandiyada 15,41, Portuqaliyada 15,36, Niderlandda 15,16, Danimarkada 14,93, Yunanıstanda 14,86, Almaniyada 14,38, Böyük Britaniyada 14,3, ABŞ-də isə 12,3-dür. Hələ bu göstəricilər ən yüksəyi deyil. İsveçrədə insanlar orta hesabla 18,95 il pensiya ala bilirlər. Lüksemburqda göstərici 17,23, Andorrada isə hətta 19,04-ə çatır.

Biz postsovet məkanı ilə də müqayisə apara bilərik. Estoniyada həm pensiya yaşı daha aşağıdır, həm də hökumət insanlara daha uzun müddət müavinət verir. Baltikyanı dövlətdə orta hesabla 14,4 il pensiya almaq mümkündür.

Litvada kişilər 64 il 10 ay, qadınlar isə 64 il 8 ay həddində pensiya hüququ əldə edirlər. Bu ölkədə insanlar 12 ilə yaxın pensiya alırlar.

Hansı nəticəyə gəlmək olar? Azərbaycanda insanlar ya keyfiyyətli həyat sürməlidirlər, ya da pensiyaya daha tez çıxmalıdırlar. Keyfiyyətli həyatdan danışmağa dəyməz. Orta pensiya məbləği heç 300 dollara çatmır. Kişilərin az qala yarısının pensiya üzü görməməsini yuxarıda yazmışdıq. Deməli, pensiya yaşı artırılmaq əvəzinə azaldılmalıdır. Başqa ölkələrlə müqayisə göstərir ki, Azərbaycanda yaşlılara, heç olmasa, 14 il pensiya almaq imkanı yaradılmalıdır. Yəni pensiya yaşı 60-ı keçməməlidir.

Geri qayıt