Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > İşçilər bunları bilməlidir...
Əsas Səhifə > Güney Press > İşçilər bunları bilməlidir...

İşçilər bunları bilməlidir...


Bu gün, 08:33
İşçilər bunları bilməlidir...
Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hal və qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməyə görə - aşağıdakı qaydada inzibati məsuliyyət nəzərdə tutulur:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi:
Azərbaycan RespublikasıƏmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-
Fiziki şəxslər min manatdan iki min manata qədər məbləğdə, Vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, Hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

***

Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hal və qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin)yerinə yetirilməsinəcəlb etməyə görə aşağıdakı qaydada -cinayət məsuliyyətl nəzərdə tutulur:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
Azərbaycan RespublikasıƏmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi —
Yeddi min manatdan - on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllər təkrar törədildikdə — üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Xeyli sayda” dedikdə-on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.online)


Geri qayıt