Əsas Səhifə > Güney Press > 6 azərbaycanlının tarixi bəyanatı:

6 azərbaycanlının tarixi bəyanatı:


Dünən, 16:35
6 azərbaycanlının tarixi bəyanatı:
Yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Asambleyası (AŞPA) ilə əməkdaşlığı dayandırmasının bir ili tamam olur.

Nümayəndə heyətinin üzvləri 2024-cü ildə sözügedən tarixdə bəyanatla çıxış edərək qurumun Azərbaycana münasibətdə qeyri-obyektiv yanaşması səbəbindən əməkdaşlığı dayandırdıqlarını açıqlayıblar. Beləliklə ölkəmizin təşkilatda iştirakı qeyri-müəyyən müddətə təxirə salınıb.

Son bir il ərzində rəsmi Bakı üçün nələr dəyişdi? Azərbaycanın təşkilatda iştirakı hansı hallarda bərpa oluna bilər?

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycan konstitusiyasında ölkəmizin hüquqi dövlət olması, demokratik prinsiplərin qorunması, insan hüquqları, fikir, söz azadlığının təmin edilməsi kimi məsələlər öz əksini tapıb:

“AŞPA-da insan hüquqları ilə bağlı olan bütün məsələlər təşkilat ilə Azərbaycan arasında deyil, birbaşa konstitusiyamızda olan məsələ olduğu üçün bu, daim diqqət mərkəzindədir.

AŞPA digər Avropa institutları içərisində demokratik dəyərlərin inkişafı, qanunların qəbul edilməsi üçün vacib institutlardan biridir. Lakin bütün bu məsələlər Azərbaycanın AŞPA üzvü olub-olmamasından asılı deyil. Çünki bu məsələlər Azərbaycanda konstutsion normalarda göstərilib. Ona görə də AŞPA-da Azərbaycanın olub-olmaması bizim demokratik hüquqi dövlət olub-olmağımız hesab edilə bilməz. Bütün bunlar onsuz da bizim konstitusiyamızda var. Azərbaycanın AŞPA-dan uzaqlaşması ölkəmizdə insan hüquqları ilə bağlı məsələləri dəyişmir”.

Geri qayıt