Əsas Səhifə > Güney Press, Partiya > "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər"

"Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər"


Dünən, 13:17
 "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər"
“İmişlidə baş verən yol-nəqliyyat hadisəsi böyük faciədir. Allah həyatını itirənlərə rəhmət eləsin. Qəza-qədərdir, artıq olub. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalar aparır, lazımi tədbirlər görüləcək, cinayətkarlar da cəzalarını alacaqlar. Hadisəyə müxtəlif rəng vermək onsuz da radikal müxalifətin keçmiş xüsusiyyətidir. Əli Kərimli və onun ətrafındakılar istənilən məsələyə siyasi don geyindirməyə çalışırlar. Avtomobil qəzasının Suriyaya nə aidiyyatı var? Dərrakəsi olan adam bilməlidir ki, İmişli ilə Suriyanın bir-biri ilə əlaqəsi yoxdur. Azərbaycan dünyəvi, hüquqi dövlətdir. Dünyanın bütün beynəlxalq tədbirləri Azərbaycanda keçirilir. Hələ iki ay öncə 80 ölkənin dövlət başçısı, 76 min insan müxtəlif ölkələrdən COP29-da iştirak etdi, 200-dən artıq dövlət Azərbaycanda beynəlxalq tədbirin keçirilməsinə qərar verdi. Müqayisə aparanda heç olmasa normal müqayisə aparsınlar”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri xatırladıb ki, statistikaya görə, 2024-cü il ərzində avtomobil qəzasında 400 nəfərə yaxın insan həlak olub, 500-dən artıq insan isə şikəst qalıb: “İndi bu qəzanın birini törədən polisdir, bəs digər 900-ə yaxın hadisə? Bu qəzaları törədənlər arasında hər kateqoriyadan olan insan - adi vətəndaş da, müəllim də, professor da, biznesmen də var. Hazırda araşdırma gedir, hüquq-mühafizə orqanlarının işinə qarışa bilmərik. Qanun pozuntusu varsa, tədbir görüləcək. Əli Kərimli kimilərin xisləti budur, dövlət, millət, ölkə əleyhinə fikirlər səsləndirmək, insanları qızışdırmaq, düzgün olmayan informasiyalar vermək onların köhnə xüsusiyyətləridir. İstənilən hadisəni şişirdirlər, üstünə əlavə də edirlər, ictimaiyyətə başqa cür təqdim etməklə məşğul olurlar. Azərbaycanda elə bir cinayət hadisəsi yoxdur ki, araşdırılmasın, cinayətkar cəzasını almasın. Avropada oturan “bloqerlər” - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər. Hamısı erməni çörəyi yeyənlərdir. Ermənistanı müdafiə edən Əli Kərimli İmişli hadisəsində nə mövqe tutmalı idi? Aydın məsələdir ki, o və ətrafı bu cür mövqe tutmalıdır. Azərbaycan Ordusunun qələbəsinə sevinməyən, indiyə qədər bir dəfə belə işğaldan azad olunmuş ərazilərin heç birinə addımını atmayan Əli Kərimli... Bu adam ermənilərin qorxusundan ora gedə bilməz, onu biabır edərlər. Ancaq belə işlərlə məşğul olur. Bu, siyasi proses deyil, məişət və çayxana səviyyəsində olan “siyasətdir””.

Geri qayıt