Əsas Səhifə > Güney Press > Ukrayna şirkətləri Rusiyaya kömək ediblər

Ukrayna şirkətləri Rusiyaya kömək ediblər


Dünən, 11:30
Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Ukrayna hüquq-mühafizə orqanları Rusiyaya raketlər və pilotsuz təyyarələr üçün mikroçiplər satan yerli şirkətləri ifşa edib.
AzVision.az Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) yaydığı məlumata istinadən xəbər verir ki, bu müəssisələr Xarkov, Çernovıtsi və Odessa vilayətlərindəki fəaliyyət göstəriblər. Onlar beynəlxalq sanksiyalardan yan keçərək Rusiya silahları üçün vacib komponentlərin tədarükü ilə məşğul olublar.

“Söhbət Rusiyadakı X-101, “Calibr” və “İskəndər-K” kimi ballistik və qanadlı raketlərin naviqasiya və idarəetmə sistemlərində istifadə olunan unikal mikroçiplər və elektron lövhələr istehsal edən böyük beynəlxalq korporasiyaya daxil olan şirkətlərdən gedir”, - məlumatda bildirilir.

Bundan əlavə, bu lövhələrdən bəziləri kamikadze dronlarının, “Tornado-G” reaktiv yaylım atəş sistemlərinin və “Ka-52” hücum və kəşfiyyat helikopterinin bort naviqasiyası üçün də istifadə olunur.

İstintaq müəyyənləşdiurib ki, təqsirləndirilən şəxslər məhsulların son istehlakçısını əvəz edərək, Ukrayna və digər ölkələrin ərazisindən məhsulları alıb, Yasxın Şərqdən beynəlxalq sanksiyalar altında olan şirkətə, oradan isə Rusiya şirkətinə göndəriblər. Halbuki, bu şirkətin özü də Qərbin sanksiyaları altındadır.

Malların son istehlakçıları arasında Rusiyanın strateji dövlət müəssisələri və hərbi-sənaye kompleksi strukturunda fəaliyyət göstərən müəssisələr olub.

- Yalnız 2022-ci ilin yayında sxem iştirakçıları Rusiyaya təkcə ümumi dəyəri 600 min ABŞ dollarından çox olan 1,5 mindən çox mikroelektronika ötürüblər”, - UTX bildirib.

Axtarışlar zamanı şirkətin məmurlarının Rusiyanın maraqları naminə işlədiklərinə dair maddi sübutlar tapılıb. Müttəhimlərdən birinin Rusiya pasportu olduğu müəyyən edilib.

Geri qayıt