Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdıBu gün, 16:33 |
Roma Papası Fransisk ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın immiqrantları deportasiya etmək planına cavab verib. CNN-nin yaydığı məlumata görə, papa bu cür niyyətlərin yalnız rüsvayçılıq olduğunu deyib. "Əgər məlum xəbərlər doğrudursa, bu, biabırçılıq olacaq. Çünki bu, bir növ ödənilməmiş hesabı ödəməyə pulu olmayan kasıbları bədbəxt etməyə bərabərdir. Belə bir qərar düzgün deyil. Problemləri həll etməyin yolu bu deyil", - Papa Trampın sərt miqrasiya planlarından gileylənib. CNN xatırladıb ki, Fransisk miqrantların müdafiəsinə dair məsələlərin öz fəaliyyətinin əsas hissəsinə çevirib. Papa onlara hörmət olunmasını təkid edir və həmin təbəqənin cəmiyyətə inteqrasiya olunmasını vacib bilir: "Bu, həm də şəxsən Fransisk ilə bağlı rezonans doğuran bir mövzudur. Papa özünün yeni tərcümeyi-halında nənə və babasının, eləcə də atasının 1927-ci ildə “Mafalda şahzadəsi” gəmisi ilə İtaliyadan Argentinaya getməyi planlaşdırmalarını, miqrasiyadan necə əziyyət çəkmələrini xatırladıb. Hansı ki, gəminin batması xeyli sayda insan itkisi ilə nəticələnmişdi". Fransisk həmçinin kardinal Robert MakElroyu Vaşinqtonun yeni arxiyepiskopu təyin etməklə Tramp administrasiyasını tənqid etməyə hazır olduğunu göstərdi. MakElroy mühacirlərin kütləvi deportasiyasını "katolik doktrinasına uyğun gəlməyən" addım adlandırması ilə məşhurlaşıb. Tramp ötən ilin noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində inamlı qələbə qazanıb. Onun yanvarın 20-də keçirilən andiçmədən sonra təkcə xarici siyasət, diplomatiya ilə bağlı deyil, iqtisadiyyat və daxili siyasətlə bağlı da inqilabi dəyişikliklər edəcəyi gözlənilir. Siyasətçinin əsas hədəflərindən biri qanunsuz miqrasiyas ilə sərt mübarizədir. AzVision.az Geri qayıt |