Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq?
Əsas Səhifə > Güney Press > “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq?

“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq?


Bu gün, 13:58
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq?
Gürcüstanda son iki həftə ərzində bir neçə nəfər "donuz qripi"ndən ölüb.

Bu barədə "Rustavi-2" telekanalı məlumat yayıb.

Pasiyentlər H1N1 virusunun fəsadları fonunda yanaşı xəstəliklərdən ölüblər, onların heç biri peyvənd olunmayıb. Telekanal bildirir ki, xəstələr əsasən qızdırma şikayətləri ilə xəstəxanaya müraciət edirlər.

Həkimlər qeyd edirlər ki, "donuz qripi"nin antiviral müalicəsi xəstəliyin ilk 72 saatı ərzində effektivdir, buna görə də xəstələri vaxtında həkimə müraciət etməyə və özünümüalicəyə əl atmamağa çağırırlar.

Həkimlər yanvarın sonunda virusun pik həddə çatacağını gözləyirlər.

Uşaq və gənclər daha çox təhlükədə

“Cebheinfo.az” xəbər verir ki, 2009-cu ilin mart ayında Meksikada kütləvi epidemiyaya çevrilməklə aşkarlanan xəstəlik donuzlarda təsadüf edilən qrip virusunun genetik dəyişikliklə insana keçməsi səbəb ilə “donuz qripi” adlandırılıb.

Virus 2009-cu ilin martında Latın Amerikasında özünü biruzə verib, daha sonra bütün dünyaya yayılıb.

“Donuz qripi” donuzlar arasında yüksək yoluxuculuğu olan respirator virus infeksiyasıdır. Bu xəstəliyi A tipli bir neçə donuz qripi viruslarından biri olan H1N1 virusu törədir. Bu virusun donuzdan insana yoluxması nadir haldır. Lakin “donuz qripi” virus infeksiyası insandan insana sürətli yayılır.

Həkimlər bildirirlər ki, “donuz qripi” infeksiyası ilə yoluxmuş donuzla təmas və ətraf mühitdən yoluxma mümkündür. Bu virus mövsümi qripdən daha sürətli yayılır, ancaq öldürücülük qabiliyyəti mövsümi qripdən azdır. Donuz qripinə 6 aylıq körpələrdən 24 yaşa qədər şəxslər daha çox həssasdırlar. Daha çox bu yaş qrupunda yoluxma halı qeydə alınır.

Yoluxan uşaqlarda daha ağır keçir. 65 yaşdan yuxarı şəxslərdə bu virusa həssaslıq minimal səviyyədədir. Bu yaş qrupunda yoluxma çox az qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, bu, 1918-ci ildə baş vermiş ispan qripi virusu ilə eynidir və ya oxşardır. O zaman bütün dünyada pandemiya baş verib, 500 milyon insan bu virusa yoluxub, 50 milyon insan ölüb.

Bu əlamətlər varsa...

H1N1 qripinin əlamətləri adi mövsümi qriplə oxşardır. Xəstələrdə ən azı aşağıdakı əlamətlərdən ikisi olur:
• Qızdırma
• Öskürək
• Boğaz ağrısı
• Bədən üzərində səpkilər
• Baş ağrıları
• Üşütmə, halsızlıq
• Diareya və qusma.

Öldürücüdür?

Həkimlər bildirirlər ki, nəzarət olunan xəstəlik elə bir təhlükə törətmir. Qripin də ölüm faizi aşağıdır. Qripdən ölüm 4 - 6 faiz olur. Ağır gedişat daha çox körpə uşaqlarda, 60-dan çox yaşı olan insanlarda özünü büruzə verir. Yaşlı insanlarda ürək-damar sistemində müxtəlif pozğunluqlar meydana çıxır. Qripin də ən çox təsir etdiyi ürək-damar sistemidir. Körpələrin immun sistemi zəif, hələ tam formalaşmamış olduğundan, xəstəliyi ağır keçirirlər.

Xroniki xəstəliyi olan insanlar da qripi ağır keçirir. 3 qrup əsas risk qrupudur. Qrip viruslarının A, B və C kimi tipləri var.

"Donuz qripi”, "quş qripi” A virusunun variantlarıdır, amma ştampları dəyişir. Ştam fərqli olsa da, xəstəliyin gedişatı eynidir.

Necə yoluxur?

İnsanların A/H1N1 virusu (donuz qripi) ilə yoluxması adi qriplə eynidir. A/H1N1 tipli qrip yüksək patogenli virus ştamının törətdiyi kəskin infeksion xəstəlikdir. Virus asanlıqla insandan insana hava, damcı, kontakt yolu ilə keçir. Hava, damcı yolu ilə yoluxma insanlar asqırdıqda, öskürdükdə baş verir. Ona görə də belə xəstələrlə ünsiyyət zamanı məsafə saxlamaq, yaxud maska taxmaq lazımdır. Xəstəliyin yoluxma yollarından biri də kontaktdır.

Belə ki, xəstə insanlar asqırdıqda və ya öskürdükdə əlləri ilə ağızlarını, burunlarını tuturlar. Həmin vaxt çoxlu sayda viruslar insanın əllərinə düşür. İnsanlar bir-birinə əl verib görüşəndə xəstəlik digərinə keçə bilər. Ona görə də çalışmaq lazımdır ki, xəstələr və eyni zamanda sağlam insanlar tez-tez əllərini sabunla və ya hər hansı dezinfeksiyaedici məhlulla yusunlar.

Yoluxmuş şəxslər əsasən xəstəliyin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu hesab edilirlər. Virus orqanizmə düşəndən təxminən 7-8 gündən sonra xəstəliyin əlamətləri üzə çıxır.

İnsan özünü xəstə hiss edirsə, həkim çağırmalı, çoxlu maye qəbul etməli, maska taxmalı, əlləri tez-tez sabunla yumalıdır.

Profilaktiki tədbirlər kimi kəskin respirator xəstəlikləri (hərarət, öskürək, zökəm) və qripin digər əlamətləri olan şəxslərlə yaxın ünsiyyətdən qorunmaq, əlləri hər zaman təmiz saxlamaq vacibdir. Mütləq evdə qalmaq, işə və ya təhsil müəssisəsinə getməkdən, kütlə ilə təmasdan çəkinmək lazımdır.

“Cebheinfo.az”

Geri qayıt