Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "5 kişi üstümə cumub telefonu əlimdən aldılar"
Əsas Səhifə > Güney Press > "5 kişi üstümə cumub telefonu əlimdən aldılar"

"5 kişi üstümə cumub telefonu əlimdən aldılar"


Dünən, 23:07
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar"
Xəbər verdiyimiz kimi, ötən gün Rəqqasə Rəna Ağamuradovaya (Renka) şadlıq sarayının administratoru tərəfindən kobudluq edilib.

Axşam.az-ın məlumatına görə, o, baş vermiş hadisənin təfərrüatlarını danışıb:

"Dünən video paylaşmışdım. Qəşəng şərhlər yazırsınız. Kimisi dəstək olur, kimisi də deyir "əcəb olub". Təsdiqlədiniz ki, bizim xalqımız dəstək olan xalqdır. Orada mən heç nə deməmişəm, sadəcə otaq istəmişəm ki, geyimimi dəyişim. Otaq vermədi və başladı üstümə qışqırmağa. Telefonunu üstümə atmışdı, hətta bunu çəkmişdim. 5 kişi üstümə cumub telefonu əlimdən aldılar. Polisə yığandan sonra hamısı məndən üzr istədilər. O, kişi də hamının içində üzr istədi, sağolsun. Ona görə də paylaşdığım videonu sildim. Məni dəstəkləyənlərə təşəkkür edirəm".

Renka sosial mediada ünvanına mənfi şərh yazanları qınayıb:

"Mən rəqqasəyəm. Uşaqlarıma, özümə çörək pulu qazanıram. İşim budur. Kimsə məni rəqsimlə vurmaq istəyirsə, etsin. Allah görür. Dünən ağladım. Keçirdiyim stres başınıza gəlsin. İnsanı, xüsusən də qadını əzmək olmaz. Əsas dəstəyi qadınlardan gözlədim. Amma əksi oldu. Pis şərhlər yazanların çoxu qadınlar idi. Çox sağolun. İnşallah nə vaxtsa, sizin də başınıza gələr. Kaş dünən keçirdiyim stes, ürəkağrısının bir faizini yaşayardınız. Sizə ayıb olsun. Əgər mən səhv olsaydım paylaşmazdım. Üstəlik telefonunu üstümə atmışdı".
Geri qayıt