Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir"
Əsas Səhifə > Güney Press > "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir"

"Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir"


Dünən, 15:06
"Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir"
Rusiya daxilindəki bir sıra qüvvələrin Azərbaycan düşmənçiliyi bitmək bilmir. İndi də bu qüvvələrin əlinə fürsət kimi dekabrın 25-də Rusiya səmasında vurulan Azərbaycan təyyarəsi düşüb. İki ölkə arasındakı münasibətləri düşmənçilik həddinə çatdırmaq üçün hərəkətə keçiblər.

Təəssüflər olsun ki, həmin anti-Azərbaycan qüvvələrinin rus mediasına çıxış imkanları kifayət qədərdir və bu imkandan da geninə-boluna istifadə etməkdədirlər. Demək olar ki, qəza baş verəndən bu günə qədər hər gün Azərbaycan tərəfin qəzəbinə səbəb olan məlumatlar Rusiya mediasında tirajlanır, qeyd etdiyimiz qüvvələr tərəfindən xoşagəlməyən ifadələr işlədilir. Bir sözlə qəza, qəzada həyatını itirənlər, Putinin qəzaya görə Azərbaycan Prezidenti İlham Əliyevdən etdiyi üzrxahlıq qalıb bir tərəfdə, diqqətlər başqa səmtə yönəlib. Görünən odur ki, əslində həmin qüvvələrin istədiyi də budur...

Milli Məclisin keçmiş üzvü, siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında ən qısa zamanda şimal qonşumuzun səhvini anlayacağını bildirdi: “Azərbaycan hələ üç il öncə Rusiya ilə strateji tərəfdaşlıq və müttəfiqlik sazişi imzalasa da, şimal qonşumuzda müəyyən dairələr hələ də bizə qarşı ikili standartlarla çıxış edirlər. Hətta bəziləri bir qədər də irəli gedərək bu münasibətləri düşmənçilik səviyyəsinə qaldırmağa çalışırlar. Bunu bir sıra hallarda Rusiyanın yüksək çinli məmurlarının ölkəmizə qarşı işlətdiyi ifadə və hərəkətlərdən də aydın müşahidə etmək mümkündür. Görünən odur ki, Rusiyada bəzi ermənipərəst və imperialist dairələr Azərbaycanın heç kəsdən asılı olmadan, müstəqil siyasət yürütməsini istəmirlər. Eyni zamanda, dövlətlərarası rəsmi sənədlərdən irəli gələn əlaqələrə kölgə salaraq şəxsi ambisiyalarından çıxış edirlər. Bu da iki ölkə arasındakı münasibətlərə kölgə salır. Düşünürəm ki, Rusiya bu gedişlə ən yaxın və səmimi müttəfiqlərini də itirəcək və regionda təklənəcək. Azərbaycan kimi səmimi dostu, etibarlı tərəfdaşı itirmək Rusiyaya baha başa gələ bilər. Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir. Bakı ikitərəfli və beynəlxalq əlaqələr kontekstində hər zaman Moskvaya qarşı ədalətli olub. Qonşumuzun mənafelərinə xələl gətirəcək addımlara yol verməmişik və qonşuluq, dostluq prinsiplərini əsas götürmüşük. Rusiya səmasında Azərbaycan təyyarəsinin vurulmasına görə, cəmiyyətimiz haqlı olaraq günahkarların tapılmasını və cəzalandırılmasını tələb etdi. Amma Kreml indiyə qədər bu istiqamətdə hər hansı addım atmayıb. Əksinə, məsuliyyəti öz üzərindən atmağa çalışır. Düşünürəm ki, ən qısa zamanda Kreml səhvini anlayacaq. Əks halda, Bakı Moskvadan haqlı olaraq uzaqlaşmaq yolunu tutacaq”.

Geri qayıt