Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq"
"Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq"Bu gün, 14:20 |
Məlum olduğu kimi, Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasının kartından 80 507 manat pul çəkilib. Hadisə ilə bağlı artıq cinayət işi açılıb. "Əgər pulun köçürülməsi yerli bank kartlarına olubsa, düşünürəm ki, artıq cinayətkar hansısa polis bölməsinə gətirilib. Xatırladıram ki, ötən il DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və ölkənin bütün bankları arasında bir anlaşma imzalanıb". Musavat.com bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Ekspert qeyd edib ki, bu anlaşmaya görə, Baş İdarə və banklar arasında real vaxtda informasiya mübadiləsi baş verir və bunun əsasında zəruri məlumatları dərhal əldə edən polis üçün cinayətkarı yaxalamaq elə də problem olmur: "Lakin kartdakı pulun köçürülməsi xarici hesablara, yaxud da kriptovalyuta hesablarına olubsa, bəli, burada araşdırmalar uzun çəkə biləcək. Əgər bank tez bunun üzərinə düşübsə, ən yaxşı halda "chargeback" yolu ilə vəsaiti geri çağırmaq mümkün ola bilər. Ən pis variantda isə bizim də qoşulduğumuz mövcud konvensiyanın şərtləri əsasında xarici ölkənin bankları, kriptovalyuta birjaları, ölkələrin polis qurumaları, İNTERPOL, Europol və s. qurumlar prosesə qoşulmalıdır ki, bu da zaman alan bir prosesdir. Əgər cinayətkar anonim kripto cüzdanlardan istifadə edibsə və ya kriptovalyuta platformasında yüksək səviyyədə anonimlik təmin edilirsə, araşdırmalar daha da çətinləşir. Bildiyim qədər, son zamanlarda Baş İdarə qonşu ölkələrin müvafiq qurumları ilə əlaqələri gücləndirib, bu istiqamətdə bir neçə uğurlu əməliyyatlar keçiriblər. Açıqlanan məlumatlardan görünür ki, kiber polis ötən müddət ərzində həm profilaktika, həm də kiber cinayətkarlığa qarşı mübarizədə xeyli irəliyə gedə bilib. Ümid edirəm, bu cinayətin də üstünü tez aça biləcəklər". Osman Gündüz xatırladıb ki, fərdi məlumatları, bank məlumatlarını qorumaq həm də vətəndaşın borcudur: "İndiki halda birbaşa bankı günahlandırmaq da doğru olmazdı. Çünki cinayət hansısa bir kiber hücum, fişinq, ziyanlı proqramla bank hesabının dağıdılması ilə reallaşmayıb axı. Vətəndaş özü könüllü olaraq icazə verib ki, vəsait köçürülsün. Əlbəttə, banklar bank fırıldaqçılıqları ilə bağlı maarifçilik işlərini təşviq etməlidir, müştərilərini tez-tez məlumatlandırmalıdır. Banklar bu prosesə resurslar ayırmalıdır. Hansıa bank müştərisinə zəng edib hansısa bir əməliyyat aparmır. Daxil olan SMS kodlarla bağlı bank heç zaman vətəndaşdan nəsə sorğulamır. Belə formada zənglər olanda vətəndaş dərhal polisə, 102-yə məlumat verməlidir. Ümumiyyətlə, bu tip hallarla bağlı Mərkəzi Bankın, Banklar Assosiasiyasının müştəriləri qorumaq üçün hansısa bir sığorta fondu formalaşdırması da faydalı ola bilərdi. Vətəndaşları bu istiqamətdə daha anlaşıqlı formada maarifləndirmək üçün çatbotlar hazırlamaq da faydalı olar. İndi qonşu ölkələrdə QR-kod vasitəsilə həyata keçirilən kibercinayətlər hədsiz çoxalıb. Adətən qonşu ölkələrdə olanlar müəyyən müddətdən sonra bizə də gəlib çatır. QR-kodların oxunması təklif olunarkən, hansısa yerlərdə bu tip kodların şirnikləndirici reklamlarına rast gəldikdə ehtiyatlı olmaq lazımdır. Onların yönləndirildiyi saytlar vasitəsilə fərdi məlumatlar ələ keçirilə bilir". Geri qayıt |