Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır"
Əsas Səhifə > Güney Press > "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır"

"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır"


Dünən, 17:05
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır"
Son vaxtlar TikTok sosial şəbəkəsinin Azərbaycan seqmentində qadın bədəninin vulqar formada təqdim edilməsi və istismarı diqqət çəkir. Belə ki, reklam olunan məhsullarına müştəri cəlb etmək istəyən sahibkarlar bu kimi videolarda qadın bədənindən istifadə edir, xanımlar isə pul qazanmaq məqsədilə ya könüllü, ya da çarəsiz formada bu trendə qoşulurlar.

Bəs görəsən bu halın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Sonxeber.az - a açıqlama verib:

"İndi mağazaların reklam strategiyası bu yöndə inkişaf etdirilir. Kamera qarşısında oynayan, mahnı oxuyan, qəribə hərəkətlər edən qadınların vasitəsi ilə mağazaya daha çox alıcı cəlb edilir. Gün ərzində nə qədər çox alıcı gələrsə, bir o qədər çox satış olar. Bunun müqabilində mağazasının siması olan qızların bonusu artır. Ona görə də onlar çalışır ki, nə yolla olur olsun alıcıları cəlb etsinlər. Mahnı oxuyur, rəqs edir, cəlbedici görünmək üçün bədəninə estetik müdaxilələr edir. Mümkün olan bütün yollara əl atır ki, sosial şəbəkədə həmin kadrları kim görsə, mağazaya gəlsin. Nəticədə, pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır. Özlərini tamamilə dəyişirlər. Bədənlərini reklam edib pul qazanırlar. Bu isə heç etik deyil. Necə ki, tiktokerlərin bəziləri həbs-qətimkan tədbiri ilə saxlanıldı. Eynən bu mağaza reklamlarında oynadılan qadınlar da nəzarətə alınmalıdır. Çünki, orda çox ədəbsiz ifadələr işlədilir, özlərini qeyri-etik formada nümayiş etdirirlər. Məncə bu işə nəzarət edilməlidir. Reklamın da bir çərçivəsi, strategiyası var. Hər bədənini şəkilləndirib kamera qarşısına keçəni model adı ilə reklama çəkmək olmaz. Bu mağazanın reputasiyası üçün də pisdir. Özünə hörmət edən heç kəs bu işi görməz".

Geri qayıt