Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan
Əsas Səhifə > Güney Press > ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan

ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan


Dünən, 15:15
ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan
Qlobal oyunlarda alətə çevrilən İrəvanın düşünülməmiş addımları regional təhlükəsizliyi təhdid edir.

ABŞ-lə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması regionda yeni siyasi reallıqlar formalaşdıracaq.

Bunu “Report”a deputat Mehriban Vəliyeva deyib.

O qeyd edib ki, Azərbaycan İrəvanın regionda sülh və sabitliyə xidmət etməyən son dərəcə riskli addımını diqqətlə izləyir:

“Ermənistanın hansı ölkə, ittifaqla necə əməkdaşlıq etməsini onun suveren hüququ kimi qəbul etmək olardı, amma İrəvanda ucalan revanşizm sədaları qulaqlara heç də xoş gəlmir. Necə deyərlər, İrəvan yenə də xaric oxuyur…”.

Deputat qeyd edib ki, ABŞ-nin dövlət katibi Antoni Blinken Ştatların Ermənistanın sərhədlərini möhkəmləndirmək üçün ekspert yardımı göstərəcəyini bildirib.

M.Vəliyevanın fikrincə, bu, eyni zamanda Avropa İttifaqının sərhədlərdə artıq mövcud olan vizual kəşfiyyatçıları və texnikası ilə paralel irəliləyən bir prosesdir.

“Lakin bu təşəbbüsün, Azərbaycanın sülh müqaviləsi danışıqlarına mane olmaq potensialını da ortaya qoya bilər”, - o deyib.

Deputat hesab edir ki, xartiyanın gürcü ssenarisini təkrarlamaq ehtimalı yüksəkdir.

“ABŞ-nin Gürcüstanla strateji xartiya imzalamasından 16 il keçir. “Demokratiya” və “inklüzivlik” haqqında tezislər orda da var idi. Bu, Tiflisə Abxaziya və Cənubi Osetiyanı qaytarmağa kömək etdimi? Ermənistan Ukraynadan da nəticə çıxarmalıdır. Rusiya da bu məsələdə, yəqin ki, susmayacaq”.

M.Vəliyeva vurğulayıb ki, ABŞ-Ermənistan xartiyasını deklarativ sənəd kimi qiymətləndirənlərin də arqumentləri ağlabatandır:

“Bayden administrasiyasının gethagetdə İrəvanla strateji əməkdaşlıq xartiyasını imzalamaqla yeni seçilmiş Prezident Donald Tramp iqtidarını çətin vəziyyətdə qoyur. Trampın bu xartiyaya nə dərəcədə həssas yanaşacağını, əməl edəcəyini zaman göstərəcək. Bayden hökumətindən fərqli olaraq qlobal qarşıdurmaların güclənməsində maraqlı görünməyən, gərginliklərin azaldılması üçün çalışan Trampın Cənubi Qafqazda sülh yoxsa, xaos görmək istəməsi yaxın vaxtlarda aydın olacaq”.

Deputat bəyan edib ki, Azərbaycan İrəvanın təhlükəli xarici siyasətini qulaqardına vura bilməz:

“Baş verənlər Azərbaycanın hərbi potensialını daha da gücləndirməsini və Türkiyə ilə müttəfiqliyini genişləndirməsini diqtə edir. Azərbaycan Prezidenti İlham Əliyevin Tramp hakimiyyətindən müsbət gözləntiləri Vaşinqtonun Bakıya qarşı ədalətsiz siyasətinə son qoyacağına ümidlərimizi artırır”.

Geri qayıt