Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər
Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilərDünən, 13:05 |
Rusiya ordusunun 78-ci motoatıcı alayının (Sever-Axmat) döyüşçüləri 3-cü ümumqoşun ordusunun 4-cü briqadası ilə birgə Ukrayna əsirliyində olan Sabir Hacıyevi Çasov Yar istiqamətində azad edib. Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Teleqram kanalında yazıb. “Sabir milliyətcə azərbaycanlıdır və o, döyüşlər zamanı yaralanaraq əsir düşüb. Onun olduğu yerlə bağlı məlumat kəşfiyyatdan daxil olub. Sabirin dediyinə görə, döyüşçülərimizi ləhcəsindən tanıyıb. Daha sonra döyüşçülər Ukrayna ordusunun mövqelərinə hücum edib və onu azad ediblər. Sabir təcili olaraq təhlükəsiz zonaya çatdırılıb və ona tibbi yardım göstərilib. Hazırda onun həyatına heç bir təhlükə yoxdur”, - Kadırov bildirib. VİDEO BURADA: https://ok.ru/video/9174698756854 Geri qayıt |