Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu
Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğluDünən, 12:35 |
Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun ötən həftə ev dustaqlığına buraxılmış oğlu Mir Heydər İsmayılov yenidən həbs edilib. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi zərərçəkmişlərin şikayəti əsasında belə qərar qəbul edib. Hakim dəymiş ziyanın tam ödənilmədiyini, zərərçəkmişlərlə barışıq əldə edilmədiyini əvvəlki qərarın ləğvi üçün əsaslar hesab edib. Təqsirləndirilən İsmayılovun vəkili Orxan Zeynalov isə şikayətə etiraz edib. O, müvəkkilinin ağır xəstəlikdən əziyyət çəkdiyini və təqsirinin sübuta yetirilmədiyini deyib. Hakim Elbəy Allahverdiyev tərəfləri dinlədikdən sonra Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın qərarını əsassız sayıb. Mir Heydər İsmayılov barəsində təkrar həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib. Qeyd edək ki, Mir Heydər İsmayılov iki nəfərə torpaq alqı-satqısında kömək edəcəyi barədə yalan vəd verərək onların 810 min manatını ələ keçirməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. İsmayılov əvvəl həbs edilsə də bir müddət sonra ev dustaqlığına buraxılıb. Geri qayıt |