Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Xəyanət etdiyi şəxslə fotosunu gördü və öldürdü
Əsas Səhifə > Güney Press > Xəyanət etdiyi şəxslə fotosunu gördü və öldürdü

Xəyanət etdiyi şəxslə fotosunu gördü və öldürdü


Dünən, 11:33
Xəyanət etdiyi şəxslə fotosunu gördü və öldürdü
Bakıda bibisi qızı olan həyat yoldaşını qətlə yetirən Bəxtiyar Vəliyevin cinayət işinin bəzi detalları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki Vəliyev Bəxtiyar Nurlan oğlu ötən ilin avqustunda rəsmi nikahda olduğu bibisi qızı Xumar Həsənlinin mobil telefonunda başqa şəxslə foto şəklini görüb. Bundan sonra Bəxtiyar yoldaşının ona xəyanət etdiyi bilib və onu qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə o, mağazadan bıçaq alıb üzərində saxlayıb. Daha sonra avtomobillə övladları ilə birlikdə Xumarın işlədiyi gözəllik salonuna gedib. Ordan Xumarı da götürüb onun anası Samirə Həsənovanın yaşadığı evin qarşısına gəlib.

Bəxtiyar övladlarını yola saldıqdan sonra gecə saat 1-də avtomobilin içində Xumarın telefonunu əlindən alıb ona xəyanət etdiyi şəxslə olan foto şəklini göstərərək həmin şəxsin kim olduğunu dəqiqləşdirmək istəyir.

O, yenidən həmin şəxslə başqa bir şən halda olan videosunu görür və Xumar Həsənlidən həmin şəxsin kim olmasını soruşduğunda o, həyəcanlı şəkildə cavab vermədən evə doğru qaçmağa çalışıb.

Bəxtiyar bu zaman avtomobildən dərhal enib evin darvazasının qarşısında qaçmağa çalışan Xumar Həsənlinin bədənindən tutaraq, bədəninin müxtəlif nahiyələrindən ümumilikdə 11 bıçaq zərbəsi vuraraq xüsusi amansızlıqla qətlə yetirir.

Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs özünü tam təqsirli bilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Geri qayıt