Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Oğlunu vuran ata məhkəmə qarşısında
Oğlunu vuran ata məhkəmə qarşısındaDünən, 10:59 |
Qusarda oğlunu öldürməkdə təqsirləndirilən Sərkar Duraxanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fəhmin Hümbətovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 23-nə təyin edilib. Qeyd: Ötən il iyulun 30-da saat 11 radələrində Qusar rayonu, Hil kənd sakini 2001-ci il təvəllüdlü İsrafil Duraxanovun xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1941-ci il təvəllüdlü Sərkar Duraxanovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq oğlu İsrafil Duraxanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. İsrafil Duraxanov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Sərkar Duraxanov iş üzrə şübhəli şəxs qismində tutulub. Geri qayıt |