Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..."
Əsas Səhifə > Güney Press > "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..."

"Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..."


Dünən, 14:02
"Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..."
Açıq şəkildə anti-Rusiya kursu götürənlərə diqqət yetiriləcək.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayıblar. İki ölkə arasında strateji tərəfdaşlıq sənədinin imzalanması xəbəri hər kəsin diqqət mərkəzindədir. Bu addım təkcə iki dövlət arasındakı münasibətlərə deyil, həm də Azərbaycanın, Rusiyanın və ümumilikdə regionun gələcəyinə təsir edə bilər.

Ermənistan bu addımı ilə açıq şəkildə göstərir ki, artıq Rusiyadan uzaqlaşmaq və yeni tərəfdaşlar tapmaq istəyir. KTMT üzvü olmasına baxmayaraq, Ermənistanın bu təşkilatla bağlılığı çoxdan azalıb.

Sanki özünü KTMT üzvü kimi göstərməyə davam edərək vaxt qazanmağa və bu statusdan öz xeyrinə manipulyasiyaya çalışır.

Bu vəziyyət Azərbaycan üçün nə deməkdir?

İlk növbədə regiondakı geosiyasi balans dəyişə bilər. Ermənistanın ABŞ ilə yaxınlaşmasının sülh danışıqlarına mənfi təsir göstərməsi mümkündür, çünki Ermənistan öz tələblərini sərtləşdirə bilər.

Eyni zamanda, bu addım Rusiya-Ermənistan münasibətlərinə də ciddi zərbədir. Ermənistan uzun illərdir Rusiyanın əsas müttəfiqi hesab olunurdu. İndi isə ABŞ ilə yaxınlaşaraq Rusiyadan uzaqlaşır. Rusiya hazırda Ukraynadakı müharibə ilə məşğuldur və Ermənistanla açıq qarşıdurmaya getməyə vaxtı yoxdur. Amma bu, o demək deyil ki, Rusiya Ermənistana cavab verməyəcək.

Azərbaycan üçün ən vacib məsələ bu proseslərə diqqətlə yanaşmaq və öz maraqlarını qorumaqdır. Regionda yeni balans formalaşır və Azərbaycan burada ağıllı siyasət apararaq öz mövqeyini gücləndirməlidir. Ermənistanın belə bir sənəd imzalaması, əslində, onun nə qədər qeyri-sabit və etibarsız tərəfdaş olduğunu bir daha göstərir.

Qeyd edək ki, Dövlət Departamenti bundan əvvəl ABŞ-nin Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmadığını bildirmişdi . Lakin buna baxmayaraq ABŞ-Ermənistan tərəfdaşlıq sənədi Bayden administrasiyası dövründə imzalanıb. Gələcəkdə bu münasibətlərin necə davam edəcəyini zaman göstərəcək. Amma hər halda, Azərbaycanın bölgədəki maraqlarını qorumaq üçün bütün ssenarilərə hazır olmalıdır.

Mövzuya münasibət bildirən rusiyalı politoloq Yevgeni Mixaylov “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sənədinin imzalanması İrəvanı Rusiya Federasiyası ilə ciddi problemlərlə üz-üzə qoyacaq:

"Rusiya indiyə qədər Ermənistanın strateji tərəfdaşı olub. Təbii ki, indiki saziş həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına zərbə vuracaq. Bu, açıq-aşkar görünəndir. Həm Ermənistan, həm də Amerika Birləşmiş Ştatları indi bizim dövlətlərimizin maraqlarına uyğun hərəkət etmirlər. Burada KTMT üzvlüyünü nəzərə almaq lazım deyil. Ermənistan artıq faktiki olaraq KTMT-nin üzvü deyil və onu oradan çıxarsınlar deyə bütün addımları atır. Amma hələ bu baş vermədiyi üçün Avrasiya İqtisadi İttifaqındakı iştirakını və KTMT üzvlüyünü manipulyasiya edir. Bu, aydın məsələdir”.

O bildirib ki, Rusiya üçün hazırda Ermənistanla bağlı problemlər prioritet deyil:

“Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır. Rusiya hərbi əməliyyat aparır, fikrimcə, bu əməliyyat bitdikdən sonra bizim hesabımıza dolanan keçmiş qardaş respublikalara daha çox diqqət yetirməyə başlayacağıq. Bu aşkardır. Xüsusən də açıq şəkildə anti-Rusiya kursu götürənlərə diqqət yetiriləcək. Ona görə də təəccüblənməyək, gözləyək. Hər halda, bu müqavilələr Baydenin gedən administrasiyası tərəfindən imzalanıb. Trampın nə edəcəyini isə zaman göstərəcək".

Geri qayıt