Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Saatlar ABŞ vaxtı ilə qurulur:
Saatlar ABŞ vaxtı ilə qurulur:Bu gün, 17:49 |
Yanvarın 14-də ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi müzakirələrə səbəb olub. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Antoni Blinkenin iştirak etdiyi bu tədbir, Vaşinqtonda baş tutub və Dövlət Departamentinin "YouTube" kanalında yayımlanıb. Saziş, iki ölkə arasındakı ticarət, müdafiə, təhlükəsizlik və digər vacib sahələrdə əməkdaşlığın genişlənməsini nəzərdə tutur. Mövzu ilə bağlı "Sherg.az"a danışan Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz bildirib ki, bu saziş, əslində, Azərbaycana qarşı yönəlmiş bir razılaşma kimi yox, Rusiyaya və İrana qarşı atılmış bir addım kimi qiymətləndirilməlidir: "Ermənistan, bu razılaşmanı Azərbaycana qarşı balans yaradacaq, regiondakı nüfuzunu artıracaq kimi təqdim etməyə çalışsa da, əsl məqsəd Rusiyanın və İranın bölgədəki təsirini zəiflətməkdir. Beynəlxalq ictimaiyyət də bilir ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanır. Kimlər arasında və hansı formada razılaşma olursa olsun, bu prinsiplərdən geri dönüş yoxdur. Bununla yanaşı, ABŞ-nin regiona daxil olması və Avropa İttifaqının missiyasının ardınca Cənubi Qafqazda möhkəmlənməsi gələcəkdə bölgədə daha böyük gərginliklərə səbəb ola bilər. Hesab edirəm ki, Birləşmiş Ştatların bölgəyə müdaxiləsinin müvəqqəti deyil, qalıcı olduğunu göstərən bu proses, Rusiyanın regional nüfuzunun azalmasına səbəb ola bilər. Ağ Ev, gömrük, miqrasiya və sərhəd məsələlərini istifadə edərək bölgədə öz təsirini artırmaq istəyir. Rusiya üçün Cənubi Qafqaz uzun illər boyu "arxa bağça" funksiyası daşıyıb və bu vəziyyəti qorumaq istəyir. ABŞ-nin bu bölgəyə qalıcı şəkildə daxil olması Moskvanın strateji mövqelərini zəiflədir və bunu ciddi şəkildə hiss edəcək. Açığı deyim ki, Birləşmiş Ştatların müdaxilə etdiyi bir ölkədə yenidən sülh və sabitlik görünməyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun da dediyi kimi, imzalanan saziş regiondakı mövcud problemləri daha da artıra bilər". General-mayor əlavə edib ki, bu kontekstdə, Azərbaycan və Türkiyənin "3+3" platforması təklifi daha sağlam və regional həll yollarını nəzərdə tuturdu: "Haqqında danışdığım platforma, xarici müdaxilələrdən uzaq duraraq, region ölkələrinin öz maraqlarına uyğun sülh və sabitlik yaratmalarını təmin edə bilərdi. Lakin Ermənistan və İran bu təklifə müsbət yanaşmadılar. Əslində, Ermənistanın artıq Qərb ilə yaxınlaşması və ABŞ-nin bölgədəki təsirini artırması onu tədricən "ikinci Ukrayna"ya çevirmək riskini daşıyır. Tarix göstərir ki, bu cür siyasi kurslar əksər hallarda ölkələr üçün təhlükə yaradır. Odla oynayanlar, özlərini yandırarlar. Nəticə etibarilə, ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda fəallaşması, regionun gələcəyini qeyri-müəyyən vəziyyətə salmaqla yanaşı, daha böyük güc mübarizələrinin və qarşıdurmalarının başlanğıcı ola bilər". Geri qayıt |