Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Əmlak bazarında durğunluq hökm sürür
Əmlak bazarında durğunluq hökm sürürBu gün, 13:04 |
"Əmlak bazarında alqı-satqı prosesində durğunluq hökm sürür". Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib. Onun sözlərinə görə, bunun səbəbi ipoteka kreditlərinin verilməsinin azalmasıdır: "Dekabr ayının 2-ci yarısından ipoteka kreditlərinin verilməsi kəskin azalıb. Yəni, banklar büdcəni istifadə ediblər. Ötən il dekabr ayında artıq ipotekaların verilməsi dayandı, yanvar-fevral ayında durğunluq baş verdi. Bunun nəticəsində ölkədə qiymət artımı demək olar ki, dayandı. Fevral-mart ayında nisbətən aktivlik artdı. Amma bunun da ümum bazara təsiri olmadı". Ekspert hazırda bazarda yanvar ayı ilə bağlı fikir bildirməkdə çətinlik çəkdiyini qeyd edib: "Düşünülür ki, fevral ayının ikinci yarısından ipotekaların verilməsinə başlanıldıqdan sonra bazarda aktivlik yarana bilər. Bu, sırf ipotekayönlü əmlaklara aiddir". Geri qayıt |