Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Atamın qızıllarını Sevda verib Günaya”
Əsas Səhifə > Güney Press > “Atamın qızıllarını Sevda verib Günaya”

“Atamın qızıllarını Sevda verib Günaya”


Bu gün, 10:27
“Atamın qızıllarını Sevda verib Günaya”
Qızıl alverçilərinin külli miqdarda qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxs Günay Həziyevanın növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

İlk olaraq şahid Taleh Babayev ifadə verərək bildirib ki, atası Sevda xanımla ortaq qızıl alveri edib: "Atama aid olan qızılları Sevda xanım vermişdi Günaya. O da pulu vermirdi. Sonra Sevda xanımdan qızılımızı tələb etdik. Günay xanımla bir dəfə şəhərdə görüşmüşük. Orda dedi hər ay 500-1000 manat ödəniş olunacaq. Ümumi borc məbləği 186 min manat idi. Onun 30 min manatı bizə çatmalıydı. Biz Sevda xanımla ortaq idik. Pulla bağlı Günay xanımın xalasıgilə getdik, orada mübahisə yarandı, onlar polisə müraciət elədilər. Bizim Mərkəzi Univermaqda qızıl piştaxtamız olub. Atam xəstələndikdən sonra həmin biznesi mən davam etdirdim".

Daha sonra Talehin məhkəmədə verdiyi ilkin ifadəsi elan olundu.

Bəzi şahidlər məhkəmə prosesinə gəlmədiyindən onlar barədə məcburi gətirmə qərarı çıxarıldı. Faiq və Vasif adlı şəxslərin təqsirləndirilən şəxsin vəkili lombard işçisi olan Orxan İsayevin məhkəmə prosesinə çağırılması barədə vəsatət verdi.

Zərərçəkən şəxsin vəkili isə lombard işçisinin çağırılmamasını, təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Həziyev Səbuhi və anası Lətafət Məmmədovanın isə məhkəmədə dindirilməsi ilə bağlı vəsatət verdi. Hakim müşavirə edərək vəsatətin qəbul olunması barədə qərar qəbul etdi.

Məhkəmə prosesi 30 yanvar tarixinə kimi təxirə salındı.

Qeyd edək ki, cinayət işində 4 nəfər qızıl alverçisi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxs Günay Həziyeva barəsində isə azyaşlı uşağı olduğu üçün polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Geri qayıt