Əsas Səhifə > Güney Press > Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddiaDünən, 22:17 |
Dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” sərnişin təyyarəsinin pilotları ilə dispetçerlər arasında söhbətin tam stenoqramı internetin Rusiya seqmentində yayılıb. Musavat.com xəbər verir ki, səs yazısını ilk olaraq “Baza” Telegram kanalı yayımlayıb. Rusiya mətbuatı söhbətin stenoqramından istifadə edərək, təyyarə heyətinin Qroznıya enməmək, Mahaçqalaya uçmamaq, sonra yenidən Bakıya uçmaq və sonda Aktauya uçmaq barədə bütün qərarları müstəqil qəbul etdiyini xüsusi qabardır. Həmçinin quşlarla toqquşma, eləcə də göyərtəsində partlayan qaz balonu versiyalarının ekipaj tərəfindən səsləndirilməsi faktı geniş təbliğ olunur. Rusiya mətbuatı həyasızcasına təyyarə heyətinin Qroznı aeroportunun dispetçerinə eniş etmək istəyərkən qəfildən 2 GPS sisteminin ikisinin də sıradan çıxdığına dair dediklərini açıqlamır. Eyni zamanda təyyarəyə zərbə dəydiyinə dair deyilənlərin üstündən ötəri keçilir, pilotlar təyyarədə fövqəladə vəziyyət elan etməməkdə suçlanır. Dünən Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarənin qara qutularındakı məlumatlarla bağlı təkəbbürlə mətbuatda yayılan versiyaların təsdiqlənmədiyini elan etməsi, ardınca Rusiya mətbuatının dispetçerlə ekipaj arasındakı danışıqları təhrif edərək yayması, Rusiya İstintaq Komitəsinin Qazaxıstanda qara qutu məlumatlarının analizinə cəlb olunması Moskvanın Azərbaycan təyyarəsinin öz ərazisində vurulması faktını arxa plana keçirmək, hətta onu inkar etmək kimi planlarından xəbər verir. Geri qayıt |