Əsas Səhifə > Güney Press > Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə...
Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə...Bu gün, 09:17 |
Bu barədə olan fikrimi dəfələrlə bildirmişəm. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı kimi də -Təşkilatımız Azərbaycan Respublikasının Əmək Məcəlləsinə kifayət qədər əlavə və ya dəyişikliklər barədə təkliflər vermişdir. Çox təəssüf ki, aidiyyəti üzrə qurumlar qeyd olunan buəlavə və təklifləri müvafiq qaydada araşdırmamlş, öyrənməmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq əlavə və düzəlişlər edilməmişdir. Bu dəfə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin79-cu maddəsi üçün daha vacib və zəruri olan iki təklifimizi bildirirəm: 1. Hal hazırkı dövrdə işçinin işdən çıxarılması onun və ailəsi üçün faciədir desəm, yəqin ki, yanılmaram. Xüsusən də əgər o, ailədə əmək münasibətlərində olan, işləyən, ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə. Hesab edirəm ki,Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə bu barədə müvafiq dəyişiklik edilməli: "AILƏDƏ TƏK İŞLƏYƏN İŞÇİ i ilə işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 - ci maddəsinin b) bəndi ilə "ştatların ixtisarı və işçilərin sayının azaldılması" əsasi ilə əmək müqaviləsinin ləğv edilməsi qadağan edilməli", işçinin ştatını saxlamaq mümkün olmadıqda isə həmin işçinin digər uyğun müvafiq ştata-yerləşdirilməsi hüququ olmalıdır. 2. Hal hazırda qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən: "İşçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olma səbəbinə görə" işçi ilə bağlanmış Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilməz. Praktikada isə: "İşçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə"deyil,məsələn,Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə "ştatların ixtisarı və işçilərin sayının azaldılması" əsası ilə əmək müqaviləsinin ləğv edilir. Formal olaraq guya ki, AR Əmək Məcəlləsinin tələbinə əməl edilir. Nəticədə isə güzəşt kimi işdə saxlanmaq hüququnun olmasına baxmayaraq, bu vəziyyətdə olan ağır xəstə işçilərin əmək müqaviləsi digər bəhanə vı əsasla ləğv edilir. 3. Yuxarıda göstərilənləri əsas tutaraq hesab edirəm ki,Azərbaycan Respublikasının Əmək Məcəlləsində aşağıdakı dəyişikliklər edilməsi daha ədalətli, humanist və qanuni olardı: "Ailədə tək işləyən işçi ilə və şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olan işçi ilə" ilə İşəgötürən tərəfindən - əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.online) Geri qayıt |