Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Daha yüksək zirvələrə
Daha yüksək zirvələrəDünən, 14:40 |
Azərbaycan Dillər Universiteti bu gün akademik, xalq yazıçısı Kamal Abdullanın rəhbərliyi ilə özünün ən yüksək inkişaf dövrünü yaşayır. Universitetdə son illərdə bütün sahələrdə həyata keçirilən mütərəqqi islahatlar artıq öz böyük nəticəsini verir. Bu, hamıya məlum olduğu kimi, tədrisin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, universitetə tələbə qəbulu faizinin 99,9 faizə yüksəlməsi kimi bir sıra işlərdə özünü göstərir. Bu gün ADU öz tarixində indiyə qədər mövcud olmamış bir sıra təkrarsız və strateji əhəmiyyətli layihələrə imza atır. Bu layihələr ADU-da yeni mərkəzlərin yaradılması, xarici ölkələrdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılmasıdır. Bütün bunlar Azərbaycan dövləti, Azərbaycan elmi, təhsili və mədəniyyəti adına yönəlik möhtəşəm strateji layihələr olub, ölkəmizin beynəlxalq aləmdə daha da geniş şəkildə tanıdılması deməkdir. Universitetdə məhz Kamal Abdullanın rəhbərliyi və təşəbbüsü ilə son illərdə yaradılan dil və mədəniyyət mərkəzlərinə dəvət edilən nümayəndələr bu işlərin yüksək səviyyədə təşkil edildiyini deyir, azərbaycanlı tələbələrə həmin ölkələrin dillərinin və mədəniyyətlərinin yüksək səviyyədə tədris edilməsini qeyd edir, ADU-nun bu sahədə gördüyü işlərdən yüksək məmnunluq duyurlar. ADU-da tələbələrə yönəlik gözəl bir layihənin uğurla həyata keçirilməsi də diqqətəlayiqdir. Bu, Azərbaycan universitetləri arasında ilk dəfə reallaşdırılmış və tələbələr tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanan “Bir günlük xəlifə” layihəsidir. Tələbələrimiz arasında həyata keçirilən digər uğurlu bir layihə onların oxuya, mütaliəyə alışdırılmasıdır. Tələbələr istədikləri kitabları alır, onların ödənişi universitet tərəfindən həyata keçirilir. Sonra isə həmin kitabların oxunuşu nəzarətdə saxlanılır. Digər təkrarsız layihə universitetin öz məzunlarını həmişə diqqətdə saxlaması, onların gələcək inkişafı ilə maraqlanmasıdır. Son illərdə ADU müəllimlərinin Azərbaycanın cənub bölgəsində işləyən məzunlarla görüşü, onların ADU-da təşkil edilmiş görüşlərə dəvət edilməsi kimi işlər məzunlarımız tərəfindən yüksək qiymətləndirilir. Daha yeni bir addım - univeristetlər arasında ilk dəfə olaraq uğurla həyata keçirilən və öz müsbət nəticəsini vermiş layihədir. Bu, yuxarı kurs tələbələrimizin pedaqoji praktikalarını Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən sərhədyanı bölgələrdə keçirilməsinin təşkilidir. Azərbaycan Dillər Universitetində tələbələr üçün çox şəffaf, ədalətli mühit hökm sürür. Tədris prosesi elektronlaşdırılmış və imtahanlar elektron şəkildə həyata keçirilir ki, bu da şəffaflığın təmin edilməsinin rəhnidir. ADU-nun beynəlxalq əlaqələri, təhsil uğurları, akademik göstəriciləri, elmi istiqamətdə əldə etdiyi nailiyyətlər artıq beynəlxalq reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan “Quacquarelli Symonds” (QS) fənlər üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqini açıqlayıb (QS World University Rankings by Subject 2024). Azərbaycan Dillər Universiteti “Müasir dillər” proqramı üzrə ən yüksək nəticə əldə edərək dünyanın ən yaxşı 301-340 universitetinin siyahısına daxil olub. Bu gün ADU-ya, onun işçilərinə, nailiyyətlərinə, tələbələrinə, təhsilinə, elmi uğurlarına göz yummaq, əsassız böhtanlar heç bir ədalətə, heç bir haqqa sığmır. Bütün bunlar Azərbaycan gəncliyinə, onun gələcəyinə qarayaxmadan başqa bir şey deyil. Bir neçə gün əvvəl sosial şəbəkədə yazdığım rəyi bu yazıya əlavə etməklə, fikrimi yekunlaşdırıram: “Doğma universitetim, onun illərdən bəri tanıdığım əməkdaşları, ən əsası sevimli rektorumuz akademik Kamal Abdulla haqqında yazılanları oxuyuram. Mən bu universiteti bitirmiş, bu təhsil müəssisəsində, onun professor-müəllim heyəti arasında inkişaf etmiş, bugünkü səviyyəyə gəlib çata bilmişəm. ADU-nu həmişə birmənalı olaraq ikinci ailəm, ikinci evim hesab etmiş, bu təhsil müəssisəsində müəyyən uğurlar əldə etmişəm. ADU-da çalışdığım illərdə bir neçə rektorla işləmişəm. Onların hər birindən hörmət və ehtiram görmüşəm. Birmənalı olaraq bildirirəm ki, akademik Kamal Abdullanın şəxsən mənə və mənim kimi yaşlı əməkdaşlara olan qayğısı, diqqəti, hörməti heç bir yazıya sığışmır. Bir rektor kimi, böyük və nüfuzlu bir təhsil müəssisəsinin rəhbəri kimi yaşlı nəslə göstərdiyiniz hər cür qayğı və diqqət üçün Sizə dərin təşəkkürümü bildirirəm! Dünyanın bir sıra qabaqcıl ölkələrinin beynəlxalq elmi konfranslarında (o cümlədən ABŞ-da, Yaponiyada, Fransanın müxtəlif universitetlərində, Belçikada, İngiltərədə və s.) etdiyim elmi məruzələrdə ADU əməkdaşı olmağımı fəxrlə qeyd etmişəm, yenə də bu fikirdəyəm. Doğma universitetimdə bu gün öz əksini tapan sürətli inkişaf, mütərəqqi ölkələrin elm və təhsil müəssisələri ilə yaradıcı əməkdaşlıq, ADU-da çoxsaylı araşdırma və mədəniyyət mərkəzlərinin açılması, xaricdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması şəxsən akademik Kamal Abdullanın xidmətidir. Kamal müəllim, Siz tələbələrimizin, gənc mütəxəssislərimizin, müəllimlərimizin sevimlisisiniz. Allah Sizi qorusun!”. Allah və bizlər universitetimizi daha yüksək zirvələrə qaldırsın. ADU-nun professoru Çəmən Babaxanova Geri qayıt |