Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur"
"Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur"Bu gün, 11:42 |
Sosial şəbəkələrdə müxtəlif dini mövzular barədə sərt açıqlamaları ilə tez-tez gündəmə gələn və tənqid hədəfinə çevrilən Rəşad Hümbətov bu dəfə də musiqiyə qulaq asanları “zinakar”, “əxlaqsız” adlandırdığı üçün linç edilib. Onu tənqid edənlər bildiriblər ki, İslam dinində dəvət bu cür aparılmamalıdır, belə açıqlamalar insanlarda ikrah hissi oyadır, onları dindən daha da soyudur. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov da Pravda.az-a açıqlamasında Rəşad Hümbətovun fikirlərinə etiraz edib: “Əvvəlcə bizim ilahiyyatçılara tövsiyə edirəm ki, hansısa açıqlamalar verəndə çox diqqətli olsunlar. Elə açıqlamalar versinlər ki, cəmiyyətdə bu cür müzakirələrə səbəb olmasın. Musiqiyə qulaq asanları əxlaqsız adlandırmaq düzgün yanaşma deyil. İslam alimlərinin musiqi ilə bağlı müxtəlif yanaşmaları var. Bəziləri musiqini haram, bəziləri məkruh sayır. Bəziləri isə hesab edirlər ki, vətənpərvər ruhda yazılan, vətəni, milli dəyərləri təbliğ edən musiqilər halaldır. Lakin musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur. "Musiqi zinakarlığa aparır" kimi açıqlamalar verib, məsələləri bir-birinə qarışdırmaq olmaz. Belə açıqlamalar cəmiyyətdə fərqli qəbul edilir. İlahiyyatçıların bəziləri deyirlər ki, guya başını bağlamayan nə qədər qadın varsa, əxlaqsızdır. Cəmiyyətdə isə belə düşüncə var ki, hicab taxıb, yüz oyundan çıxanlar var. Yəni bu cür ifadələrdən qaçmalıyıq. Hər kəsin məzhəbindən asılı olaraq öz baxışı ola bilər. Hər məzhəbin fərqli yanaşması var. Kim hansı alimin, hansı məzhəbin fətvası ilə hərəkət edirsə, ona istinad edə bilər. Hər kəsin İslamla bağlı açıqlamalarda çox diqqətli olması önəmlidir ki, bu cür polemikalar, əlavə müzakirələr yaranmasın”. Geri qayıt |