Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi
Əsas Səhifə > Güney Press > ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi

ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi


Bu gün, 12:13
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi
ABŞ Konqresinin Nümayəndələr Palatasında Vaşinqtona “Gürcü arzusu” Partiysaını Gürcüstanın legitim hökuməti kimi tanımasını qadağan edən qanun layihəsi qeydə alınıb.
AzVision.az “Azadlıq Radiosu”nun Gürcüstan xidmətinin məlumatına istinadən xəbər verir ki, layihənin müəllifləri respublikaçı Co Uilson və demokrat Stiv Koendir.

Konqresin Qanunvericilik Bülleteninə əsasən, qanun layihəsi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi və əlavə olaraq Məhkəmə-Hüquq Komitəsi tərəfindən nəzərdən keçiriləcək.

“ABŞ Bidzina İvanişvilinin və ya onun müttəfiqlərinin başçılıq etdiyi heç bir Gürcüstan hökumətini tanımamalı və ya onunla münasibətləri normallaşdırmamalıdır”, - təqdim olunan qanun layihəsində vurğulanır.

Eyni zamanda, sənəddə ölkənin keçmiş prezidenti Salome Zurabişvili “Gürcüstanın yeganə legitim lideri” kimi tanınır və oktyabrın 26-da keçirilmiş parlamaent seçkilərinin “saxtalaşdırıldığı” bildirilir. Qanunvericilik aktının digər bəndi “azad və ədalətli seçkilərin” keçirilməsi üçün “ Gürcüstan Konstitusiyasının bərpa olunmasını” tələb edir.

Qanun layihəsini qəbul etmək üçün onun əvvəlcə Nümayəndələr Palatasında, sonra isə ABŞ Konqresinin Senatında təsdiqi tələb olunur. Sonuncu mərhələdə isə sənəd ABŞ prezidenti tərəfindən imzalanmalıdır.

Geri qayıt