Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ermənistanın Avropa İttifaqı sevdası
Əsas Səhifə > Güney Press > Ermənistanın Avropa İttifaqı sevdası

Ermənistanın Avropa İttifaqı sevdası


Bu gün, 15:00
Ermənistanın Avropa İttifaqı sevdası
Ermənistan hökuməti Avropa İttifaqına daxil olmaq prosedurunun başlanmasına dair qanun layihəsini parlamentə təqdim edib. Halbuki Ermənistanı heç kim heç yerə dəvət etməyib.

Ermənistanın Aİ-yə üzv olmaq ehtimalı varmı?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətovun sözlərinə görə, ölkələrin Avropa İttifaqına daxil olması üçün prosedurlar mövcuddur. Ermənistan Avropa İttifaqına daxil olmaq üçün ən az beş mərhələdən keçməlidir.

Samir Hümbətov deyib ki, məsələ Ermənistanın müraciəti ilə bitmir: “Ermənistan öz daxilində Avropanın qoyduğu şərtlər əsasında hüquq, iqtisadi və dövlət idarəetmə sisteminin uyğunlaşdırılması prosesini tənzimləməlidir. Şərtlərə görə, Ermənistanın xarici siyasətdə problemi, ərazi münaqişəsi olmamalıdır. Hazırda Ermənistan bu şərtləri ödəyə bilmir. Türkiyə 40 ildən çoxdur ki, Avropa İttifaqına daxil olmaq istəyor, amma indiyədək qəbul etməyiblər. Avropa İttifaqı Türkiyə üçün kriteriyalar qoyur: kürd məsələsi, etnik separatçılıq və s. kimi problemlərin olmaması. Bunların hamısını Ermənistanın da qarşısına şərt kimi qoyublarsa, hər birini icra etməlidir”.

Politoloq vurğulayıb ki, Avropa İttifaqına üzv olmağı çox ölkə istəyə bilər, amma bu, praktiki olaraq qəlizdir: "Avropa İttifaqı ölkələrinin Ermənistanı hiyləgərliklə ora qəbul etmələri söhbətinə başqa cür baxılmalıdır. İttifaqda Macarıstan (Azərbaycanla strateji müttəfiqdir) və digər ölkələr də var. Macarıstanın Ermənistanın üzv olmasını qəbul edəcəyini düşünmürəm. Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyi ola bilər, amma ehtimal çox azdır”.

Geri qayıt