Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa...
Əsas Səhifə > Güney Press > Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa...

Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa...


Bu gün, 15:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa...
Ermənistan hökuməti sülhə zidd siyasətini davam etdirir. Son günlər Ermənistanın sülh əleyhinə silahlanması müşahidə olunur ki, bu da bölgədə yeni bir hərbi eskalasiya və bu ölkənin ordusunun növbəti darmadağınla nəticələnməsinə gətirib çıxaracaq. Ona görə Prezident İlham Əliyev Ermənistanın sülh və insanlıq əleyhinə yönəlmiş bu addımlarını dayandırmağa çağırır, dönə-dönə xəbərdarlıq edir. Vurğulanır ki, Ermənistan xəbərdarlıqlara məhəl qoymazsa, bunun zərərini görəcək. Əfsuslar olsun ki, İrəvan hökuməti hələ də kənardan ona verilən təlimatları icra edir. 2025-ci ilin, yanvarın əvvəlində atəşkəsin pozulması da məhz bu ssenarinin tərkib hissəsidir. Ermənistanı münaqişəyə təhrik edən Qərbin Cənubi Qafqazda sülh layihəsi yoxdur. Əksinə, onlar bölgədə qarşıdurmanın olmasında maraqlıdırlar. Bu qüvvələr Ermənistanı bir yandan silah-sursatla təmin edir, digər tərəfdən də mərkəzi orqanlara, ordunun baş qərargahına generalları ezam edirlər.

Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Ermənistanın silahlandırılmasının səbəbsiz olmadığı pozulan atəşkəslə sübut olunur. Ekspertin sözlərinə görə, Ermənistan və onun arxasında duran qüvvələr Azərbaycanla son hesablaşma üçün hazırlıq görürlər:

"Dəfələrlə qeyd etmişik ki, Ermənistanın səmimiyyətinə inanmaq olmaz. Sülh olsa belə, Ermənistan heç vaxt Azərbaycanla səmimi olmayacaq. Məqam düşən kimi yenə də öz xislətini göstərəcək. İl başlayan kimi atəşkəsi pozmaq mesaj xarakteri daşıyır. Onlar sülhün olmayacağını bildirirlər. Ermənistanın arxasındakı qüvvələr İran, Fransa, Qərb dairələri və Rusiya. Hər bir gücün öz maraqları var. Hətta atəşkəsin pozulmasını bilavasitə Rusiya ilə əlaqələndirirəm. Məsələ ondadır ki, digər qüvvələr Ermənistanı silahlandırsalar da, hələlik onun Azərbaycan qarşısına çıxmasının tez olduğunu fikirləşirlər. Qüvvələr nisbəti bərabər deyil. Amma Rusiya üçün bunun fərqi yoxdur. Suriyada aldığı məğlubiyyətdən sonra bu regionda Azərbaycanı zəiflətməklə Türkiyənin gücünü zəiflətmək istəyir".

Analitik vurğulayıb ki, indiki təxribatlar nəticə verərsə, yəni Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa, Türkiyə Suriyada planlaşdırdığı planlarını təxirə sala bilər:
"Bunda ABŞ və Fransa, xüsusən də, İran maraqlıdır.
Amma Rusiya üçün bu, indiki məqamda həyati əhəmiyyət kəsb edir. Bu zaman Rusiyanın Suriyada bazalarının qalmasına razılıq ala bilər. Göründüyü kimi, tərəflərin maraqları fərqli görünsə də, məqsəd Azərbaycan üzərindən oyun qurub Türkiyənin maraqlarını zəiflətməkdir. Hesab edirəm ki, Ermənistanın Azərbaycanla hərbi qarşıdurması durumunda ilk olaraq Ermənistana elə ciddi zərbə endirilməlidir ki, kimsənin gözləmədiyi şəkildə, bu, bir daha onları belə fikirlərə düşməyə sövq etməsin. Məsələ qısa müddətdə həll edilməlidir".

Geri qayıt