Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                     20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları .....                     Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət .....                     AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub .....                     ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... .....                     Ermənistanı qorxuya salan .....                     Manatı .....                     SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! .....                 

"Bu gün Bakı və İrəvan arasında birbaşa dialoq mövcuddur" - ŞƏRH
Tarix: Dünən, 08:41 | Çap et
"Bu gün Bakı və İrəvan arasında birbaşa dialoq mövcuddur"
“İran Bakı ilə İrəvan arasında sülh müqaviləsinin mətni ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyir”. Bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə açıqlama verib. Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesində vasitəçi rolunu öz üzərinə götürə bilər. “Düşünürəm ki, bu məsələ iki ölkə arasında gündəlik təmaslarda da öz əksini tapacaq”, - Xətibzadə əlavə edib.

Lakin Bakı İrəvanla ikitərəfli danışıqlara üstünlük verir. Hazırda vasitəçiyə ehtiyac yoxdur. İranın isə moderator kimi obyektivliyi şübhə doğurur. Bəli, prezident Pezeşkian səmimi ola bilər və sülhün tərəfdarıdır, lakin İrandakı mövcud siyasi sistemin Azərbaycana baxışında fundamental dəyişiklik olmayıb.

Üstəgəl, nə Tehran, nə Moskva, nə Brüssel, nə də Vaşinqtonun vasitəçiliyinə ehtiyac yoxdur. Bizim işimizə müdaxilə etməsinlər, yetərlidir. Hər halda, İrandan belə bir təşəbbüs səslənir.

Azərbaycan Pezeşkianın vasitəçiliyinə necə baxır? İranın vasitəçiliyi mümkün ola bilərmi?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana uğurlu səfərindən sonra Tehran Cənubi Qafqazda öz siyasi, diplomatik mövqeyini möhkəmləndirmək niyyətindədir. Bu baxımdan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması tərəflər arasında görüşlərin keçirilməsi, etimadın formalaşması yönündə moderator funksiyalarını üzərinə götürmək istəyir: “Lakin burada hesab edirəm ki, heç bir vasitəçiliyə ehtiyac yoxdur. Bu gün Bakı və İrəvan arasında birbaşa dialoq mövcuddur, uğurla həyata keçirilir. Bir sıra çətinliklər olsa da Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyü, təhlükəsizliyin inkişafı haqqında qəti mövqe var. Əvvəlki dövrlərdə Avropa İttifaqı ilə Rusiya və ABŞ arasında vasitəçilik uğrunda mübarizəni görürdüksə, bu gün buna ehtiyac yoxdur. Bakı və İrəvan da yaxşı anlayır ki, hər bir vasitəçi öz maraqları kontekstində masa arxasına əyləşir və öz maraqlarını güdür. Bizim ATƏT-in Minsk Qrupunun vasitəçiliyi kimi acı təcrübəmiz də var. O dövrdə Fransa, Rusiya və ABŞ öz maraqları müstəvisində Ermənistan-Azərbaycan münaqişəsinin guya həllinə çalışırdılar. Bu gün isə yeni geopolitik reallıqlarda şərtlər, məqsədlər, üsul və vasitələr dəyişib”.

Ekspert vurğuladı ki, hazırda biz Bakı və İrəvan arasında birbaşa dialoq vasitəsilə müəyyən uğurlu nəticələrin əldə edildiyini qeyd edə bilərik: “Qazağın 4 kəndinin Azərbaycana qaytarılması, COP29 tədbirinin keçirilməsi ilə bağlı razılaşmaların nəticələri, sərhəddə baş nazirlərin müavinləri səviyyəsində məhsuldar görüşlər, sərhədlərin delimitiasiyası ilə bağlı əsasnamənin razılaşdırılması və qəbuli, sülh sazişi mətninin demək olar razılaşdırılması kimi nəticələr mövcuddur. Bu cür diplomatik treki kənardan müdaxilə edib məhv etmək doğru olmaz. İrana əlbəttə ki, vasitəçilik təşəbbüsünü irəli sürdüyünə görə təşəkkür edə bilərik. Lakin birbaşa dialoq dediyimiz kimi daha effektlidir. Bütün geopolitik mərkəzlər yaxşı olar ki, birbaşa dialoqa dəstək versinlər”.

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, prezident Pezeşkianın Bakıya səfəri zamanı vasitəçilik təklifini irəli sürdüyü istisna deyil: “İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Pezeşkianın Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında vasitəçi ola biləcəyini deyib. Mümkündür ki, Pezeşkian da Bakı səfərində bu təklifi irəli sürüb. Tehranın vasitəçilik istəyinin iki hədəfi var:

Birincisi, Cənubi Qafqazda mövqelərini gücləndirmək: digər oyunçular kimi İran da regionda gələcək güc balansını Bakı-İrəvan sülh sazişinin müəyyən edəcəyini anlayır və prosesdən kənarda qalmaq istəmir;

İkincisi, İrəvanın mövqeyinə yaxın olan gündəliyini - sərhədlərin dəyişməməsi, kommunikasiyanın dəhliz məntiqindən kənar açılması - qəbul etdirmək.

Lakin Tehranın Bakı və İrəvan arasında vasitəçi olması mümkün görünmür. Əvvəla, ona görə ki, Ermənistanın mövqeyini açıq şəkildə dəstəkləyən İranın neytrallığı sual altındadır. İkincisi, regionun gələcəyi, o cümlədən sülh sazişi ilə bağlı gündəliyi Azərbaycanın gündəliyi ilə kəsişir. Üçüncüsü, hazırda İran Bakı ilə münasibətlərin normallaşması siyasətini izləsə də, 44 günlük müharibədən sonra açıq müstəviyə keçən mövqeyi - Zəngəzur dəhlizinin “qırmızı xətti” olması dəyişməyib. Dördüncüsü, İranın sülh sazişində vasitəçilik etməsi regionda maraqları olan digər oyunçuları - Rusiya, Avropa İttifaqı və ABŞ-ı da aktivləşdirəcək və bu, Bakı-İrəvan xəttində son seçim olan “ikitərəfli format”a ziddir".

Ekspertin sözlərinə görə, Tehranda vasitəçiliyin qəbul edilməsinin çətin olduğunu anlayırlar, hərçənd bununla Ermənistana münasibətdə neytral olduqları mesajını verir və 2020-ci ildən sonra baş verənlərə görə Azərbaycanın mövqeyini yumşaltmağa çalışırlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Bu gün, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Bu gün, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Bu gün, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Bu gün, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Bu gün, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Bu gün, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Bu gün, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru