
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlküəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti növbəti tenderinin nəticələrini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, bu müsabiqəyə əsasən nazirlik Lənkəran və Siyəzən rayonlarında 3 mənzil inşa edəcək.
Məlumatlarda qeyd edilir ki, nazirlik Lənkəran rayonunda 2 ədəd 3 otaqlı, Siyəzən rayonunda 1 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisini reallaşdıracaq. Bu məqsədlə işlərin görülməsi isə “ŞƏMKİR TİKİNTİ-18” ASC-yə həvalə olunub. Qurum tikinti işlərinə 268 min 111 manat xərcləyəcək.