“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                 

Üç paytaxtdakı anti-Azərbaycan təşkilatı - Görünəni odur ki...
Tarix: 11-04-2025, 10:38 | Çap et
Üç paytaxtdakı anti-Azərbaycan təşkilatı
Özlərini dünyada “insan hüquqlarının müdafiəsi üzrə ən kamil qurumlar” kimi qələmə verən “Amnesty İnternational”, “Transparency İnternational”, “Human Rights Watch”, “Freedom House” kimi təşkilatlar Azərbaycana münasibətdə daima sərgilədikləri mövqe ilə hansı məqsədlərə xidmət etdiklərini təsdiqləyiblər.

Bu təşkilatlar bir dəfə olsun belə Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirməyiblər. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında günahkar olan Ermənistan dövlətinə bir dəfə formal olsa belə çağırış edilməyib. Azərbaycanda hansısa xırda bir məsələni şişirdərək dünya səviyyəli problemə çevirməyə çalışan bu təşkilatlar yalnız onlara verilən tapşırıq və əmrlər əsasında fəaliyyət göstərirlər. Həmin əmrdən kənara çıxmaq isə bu təşkilatların maliyyə mənbəyinin “quruması” ilə nəticələnə bilər.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı “Azadlıq”, “Amerikanın səsi” radiolarının fəaliyyətinin dayandırıldığını, lakin bunun kifayət olmadığını deyib. İ.Əliyev diqqətə çatdırıb ki, siyasi düşmənçiliyə xidmət edən “Human Rights Watch”, “Amnesty İnternational”, “Transparency İnternational” kimi təsisatların fəaliyyətinin qarşısı alınmalıdır. Qeyd edək ki, bu qeyri-hökumət təşkilatları dövlətdən pul almadığını iddia edir, amma şübhəli fondlardan və ianələrdən maliyyələşdiyini təsdiqləyir. “Human Rights Watch” ABŞ-da, “Transparency İnternational” Berlində, “Amnesty İnternational” Londonda mənzillənib. Bu təşkilatlar zaman-zaman qeyri-dəqiq hesabatların dərc edilməsinə, şübhəli reputasiyalı insan haqları təşkilatları ilə əməkdaşlığa, hesabatlarda qərəzliliyə görə daima tənqid edilirlər.

Onların bağlanması mexanizmi olmasa da, hər üç Avropa paytaxtındakı təşkilatların Azərbaycana qarşı qərəzli münasibəti dəyişməsi zərurəti var.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bu barədə “Yeni Müsavat”a bildirdi ki, cənab Prezidentin ADA Universitetindəki çıxışı çox əhatəli və vacib məsələləri əks etdirib: “Cəmiyyətdə çox maraqla qarşılanıb. Prezident bir çox beynəlxalq təşkilatlarla bağlı fikirlərini bildirdi, o cümlədən Avropa Şurasının baş katibinin Azərbaycanın bu təşkilatdan çıxmamaqla bağlı xahişinin olduğunu dedi. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının artıq Azərbaycan üçün imperativ-məcburi olmadığı qeyd olundu. Çünki Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində əgər Azərbaycan nümayəndə heyəti iştirak etməyirsə, o zaman həmin hakimlərin qəbul etdiyi qərarlara münasibətin də belə olacağını Avropa Şurası başa düşməli idi. Amma çox təəssüflər olsun ki, Avropa Şurası da digər adıçəkilən beynəlxalq təşkilatlar kimi Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol verdilər və nəticəsi də bugünkü reallıqdır. Mənə belə gəlir artıq hamıya aydındır ki, Azərbaycan nümayəndə heyəti AŞ PA-nın işində iştirak etmir. O ki qaldı "Human Rights Watch", “Amnesty International”, “Transparency International” kimi təşkilatlara, bu təşkilatlar həmişə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdiriblər. Yeri gəlmişkən, bir şeyi deyim ki, “Human Rights Watch” təşkilatının 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistanın Gəncəyə dinc əhalinin üzərinə qadağan olunmuş bombalarla zərbələr endirməsinə münasibəti gözümüzün qabağındadır və unutmamışıq. O zaman onların davranışına qarşı Azərbaycandan ciddi tənqidlər olduqdan və Bərdəyə də raketlər atılandan sonra onlar Azərbaycana gəldilər və yarımçıq bir hesabat hazırladılar. İki ay ərzində yarımçıq hesabat hazırlayacağıq deyə getdilər. Hazırladıqları hesabatda Azərbaycanı Ermənistana qarşı hansısa hüquq normalarını pozan hərəkətlərdə ittiham edib, Azərbaycanı Ermənistanla bərabərləşdirməyə çalışdılar. Bu, həmin təşkilatın Azərbaycana qarşı ən çirkin qərəzlərindən biri idi. Belə bir təşkilatlara artıq Azərbaycanda zərrə qədər etimad qalmayıb. Çünki onlar tamamilə siyasi təşkilatlara çevriliblər, hüquq müdafiəçiliyindən əsər-əlamət qalmayıb. Sadəcə olaraq, hüquq müdafiəsi, insan haqları adı altında bir sıra dövlətlərə basqı edirlər. Ona görə də ilk növbədə həmin təşkilatların özlərini düzətlmələrinə zərurət var. Ya adlarını rəsmi olaraq siyasi təşkilat elan etməlidirlər, ya da siyasi və qərəzli mövqelərindən imtina etməli və ədalətli hüquq müdafiə təşkilatı rolunda çıxış etməlidirlər. Bu sırada da ən çox qərəzli münasibət sərgilədikləri Azərbaycana münasibətlərində qərəzi kənara qoymalıdırlar. Bu zərurəti dərk edib buna uyğun davranışa keçməsələr, onlar Azərbaycan tərəfindən arzuolunmaz təşkilat kimi qəbul oluna bilər".

Hüquq müdafiəçisi qeyd etdi ki, “Human Rights Watch”, “Amnesty İnternational”, “Transparency İnternational”ın ermənilər tərəfindən də maliyyələşdirildiyi barədə dəfələrlə məlumatlar yayılıb, faktlar açıqlanıb. Ona görə də həmin təşkilatların anti-Azərbaycan mövqeyinə köklənməsində bu amil də rol oynayır. Bu təşkilatların artıq dünyada da nüfuzu qalmayıb. Ona görə də fəaliyyətlərinin zərərli, qeyri-qənaətbəxş olduğu səbəbilə fəaliyyətləri dayandırılmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru