“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları .....                     Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət .....                     AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub .....                     ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... .....                     Ermənistanı qorxuya salan .....                     Manatı .....                     SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! .....                     Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik .....                     Bakıda 15 illik uşaq bağçası bağlanır .....                     Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq .....                     Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... .....                     “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini .....                     Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... .....                     BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” .....                     SOCAR-da yüksək vəzifəyə TƏYİNAT .....                     Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... .....                     Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır .....                     Dələduzla hakim arasında nə kimi əlaqə var? .....                     "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" .....                     Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... .....                     Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... .....                     Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır .....                     İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? .....                     Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR .....                     Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? .....                     HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... .....                     Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? .....                     Mənzil bazarında İPOTEKA TƏLƏSİ .....                     Rusiyadakı azərbaycanlılara yeni təhlükə .....                     Kamandan Oxatma Federasiyası böhran içində .....                     ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... .....                     Kreml paradı üçün "atəşkəs" .....                     Bakıda qurulan BARIŞIQ MASASI .....                     Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir .....                     Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... .....                     Yardımlıda şəhid ailələri imdad diləyir .....                     Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb .....                     Bu gün əfv fərmanı olacaqmı? .....                     “Kontakt Home”dan kütləvi narazılıq .....                     Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi .....                 

" Paşinyan anlayır ki, indiki məqamda yalnız və yalnız..." - ŞƏRH
Tarix: 15-03-2025, 09:28 | Çap et
" Paşinyan anlayır ki, indiki məqamda yalnız və yalnız..."
Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri birgə bəyanat yayaraq, tərəflər arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib. Saziş layihəsi 17 maddədən ibarətdir. İndiyədək saziş layihəsinin 15 maddəsi razılaşdırılmışdı. Razılaşdırılmamış maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi. Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırılıb. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb. Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, sülh sazişinin mətninin razılaşdırılması mühüm hadisədir. Paşinyanın sözlərinə görə, hər iki tərəf mətnin onlara faydalı olduğunu hesab edib. Paşinyan vurğulayıb ki, mümkün iddiaların geri götürülməsi və ya Aİ missiyasının geri çəkilməsi sülh müqaviləsi qüvvəyə mindikdən sonra baş verəcək. O qeyd edib ki, Ermənistan Respublikası ölkənin suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində nəqliyyat yollarını açmağa hazırdır. Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına xarici ölkələrdən reaksiyalar gəlib.

ABŞ Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayıb. Dövlət katibi Marko Rubionun bəyanatında bildirilib ki, ABŞ Ermənistan və Azərbaycanı tarixi sülh müqaviləsi üzrə danışıqları yekunlaşdırdıqlarına görə təqdir edir. Qeyd olunub ki, bu addım hər iki ölkə üçün onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək mühüm fürsətdir: “Bu hər iki ölkə üçün Prezident Trampın daha sülhsevər dünya vizyonuna uyğun olaraq onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək üçün bir fürsətdir. İndi sülhə nail olmaq, müqaviləni imzalamaq və ratifikasiya etmək, eləcə də Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü açmaq vaxtıdır”. Çin də sülh prosesində əldə olunan müsbət irəliləyişi təqdir edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib ki, iki ölkə münaqişə və fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll edə və regionda davamlı sülh, inkişaf və rifaha töhfə verə bilər. Avropa Şurasının Baş katibi Alain Berset də Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını müsbət addım adlandırıb. Berset bildirib ki, bu Saziş layihəsi hər iki dövlətin həmin potensialdan istifadə etmək və regionda sabit və davamlı sülh yaratmaq iradəsinin sübutudur. Braziliya, Almaniya, İran, Estoniya, İspaniya, Fransa, Gürcüstan, o cümlədən BMT və AB sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayıblar.

Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, qlobal və regional səviyyədə bu gün vəziyyət heç də Ermənistan hökumətinin xeyrinə deyil. Ekspertin sözlərinə görə, Ermənistan rəhbərliyi anlayır ki, Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmasa, bütövlükdə Ermənistanın hərbi-siyasi təhlükəsizliyi ciddi risk amili olaraq qalmaqda davam edəcək:

"Çünki Ukrayna-Rusiya müharibəsi kontekstində ABŞ-Rusiya yaxınlaşması hiss olunur. Belə vəziyyətdə Ermənistan rəhbərliyinin qəfildən Qərbə inteqrasiyadan imtina edib Rusiyaya yönəlməsi bir sıra problemlər və suallar yaradacaq. Rusiyada Nikol Paşinyan hökumətinə etimad tam olaraq sarsılıb. Paşinyan anlayır ki, indiki məqamda yalnız və yalnız Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə münasibətlərin normallaşması və Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının qurulması İrəvanı bu vəziyyətdən xilas edə bilər. Bu, həm də Ermənistanın siyasi-iqtisadi və hərbi təhlükəsizlik qarantiyası deməkdir. Əks təqdirdə Ermənistana ABŞ, Fransa, Avropa İttifaqı təhlükəsizlik zəmanəti verməz, verə bilməz. O baxımdan Ermənistan hökumətinin sülh mətnindəki mübahisəli 2 bəndi qəbul etməsi düşünürəm ki, anlaşılandır. Ancaq bir də mətndə yazılmayan, sülhə təminat olan başqa iki məsələ də var. Onlardan biri Konstitusiyada Azərbaycana ərazi iddialarının aradan qaldırılması, digəri isə ATƏT-in Minsk qrupunun ləğvidir. Minsk qrupunun ləğvi Ermənistan hökuməti üçün o qədər də ciddi problem yaratmır. İrəvan Minsk qrupundan əlini üzüb, heç bir gözləntisi qalmayıb".

Analitik vurğulayıb ki, əgər Ermənistan iki müddəanı, yəni beynəlxalq müstəvidə qarşılıqlı iddialardan vaz keçmək və kənar qüvvələrin bölgədə olmasına imkan verməmək bəndlərini qəbul edirsə, yaxın zamanda Konstitusiya dəyişikliyinə gedəcəyi də istisna edilmir:

"Nikol Paşinyan real Ermənistan konsepsiyası ilə bağlı cəmiyyətin aktiv üzvləri, qruplarla mütəmadi görüşlər keçirir. Baş nazir özü vurğulayıb ki, yeni Konstitusiya layihəsinin mətni yaxın zamanda cəmiyyətə təqdim olunacaq. Bu, dolayısı ilə Azərbaycana da verilən mesajdır və sülh prosesinə gedən yoldur. Ən azından Azərbaycan və Ermənistan arasında sülhün çərçivə sazişini imzalamaq mümkün görünür. Perspektivdə gözlənilən budur. Ermənistanın alternativ yolu yoxdur. Nəzərə alaq ki, sülh prosesində paralel digər proseslər də var. Birincisi, kommunikasiyaların açılması, ikincisi, sərhədlərin delimitasiya və demarkasiyası məsələsində irəliləyişə nail olmaqdır. İstənilən halda sülh mətninin hazır olması və ikitərəfli razılaşma çox önəmli məsələdir. Artıq sülhün önündə ciddi əngəlin olmadığı reallığı ortadadır. Çünki Ermənistan nə qədər dramatik vəziyyətdə olduğunun fərqindədir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28
Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24
HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21
Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08
Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05
Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51
ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44
Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34
Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01
Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59
“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56
Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49
Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47
Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru