
İpoteka və Kredit Zəmanət Fondu “Qala Sığorta” ASC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə işçilərin könüllü tibbi sığortalanması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 267.534 AZN təşkil edir.
İşçilərin könüllü tibbi sığortalanması üzrə xidmətlər 147 nəfər işçinin 5000 AZN məbləğində, 3 nəfər işçinin (rəhbər heyət) 10 000 AZN məbləğində könüllü tibbi sığortalanmasını nəzərdə tutur (Bu hissədə 150 nəfər işçi üzrə illik sığorta haqqının qeyd edilməsi nəzərdə tutulur).