"Gəncənin baş memarı evimi dağıtdı, sərəncamı ləğv etdirdi" - ŞİKAYƏT
Tarix: 26-12-2023, 15:34 | Çap et
Gəncə şəhərinin Kəpəz rayonunda Gəncə çayına yaxın ərazidə inşa olunan Gülyaz Nəbiyevaya məxsus ev və 29 metrlik hasarı şəhərin baş memarı Elxan Məmmədovun göstərişi ilə dağıdılıb. Evin uçurulmasına səbəb kimi Kəpəz rayonu İcra Hakimiyyəti tərəfindən verilən sərəncamın qanunsuz olduğu göstərilib. Lakin Gülyaz Nəbiyevanın anası Gülpəri Nəbiyeva yerli hakimiyyət orqanlarının bu adımının özbaşınalıq olduğunu iddia edir.
Zərərçəkənin anası Bakupost.az -a bildirib ki, onlar 1988-ci ildə Qərbi Azərbaycandan zorla deportasiya olunubar: "Oradan Kəlbəcərə, sonra isə Goranboya köçmüşük. Hazırda Gəncədə kirayədə yaşayırıq. Burada da yaşamağa imkan vermirlər". Gülpəri Nəbiyeva bildirib ki, qızı Nəbiyeva Gülyaz Zahid qızı Bakıdakı evini sataraq, Gəncəyə köçüb və 2016-cı ildə sözügedən ərazidə yerləşən 3,5 sot ərazidə yerləşən yarımtikilini alıb: “Biz 1988-ci ildə Qərbi Azərbaycandan zorla deportasiya olunan ailəyik. Oradan Kəlbəcərə, sonra isə Goranboya köçmüşük. Hazırda Gəncədə kirayədə yaşayırıq. Burada da yaşamağa imkan vermirlər. Qızım 2022-ci ildə bu torpağı alanda ancaq hasar və evin bünövrəsi var idi. 2023-cü ilin fevralından burada tikinti işlərinə başlanıldı. Evin birinci mərtəbəsinin tikintisi yenicə başa çatmışdı ki, iyunun 19-da qızıma Gəncə şəhərinin baş memarı Elxan Məmmədov zəng edib bildirdi ki, evin sənədlərində problem var, tikinti işləri bugündən etibarən dayandırılmalıdır. Dayandırılmasa, inzibati qaydada tədbir görüləcək. Dedi ki, tikinti materiallarını evə qoyun, darvazanı da bağlayın. Biz də dedik, baş üstə. Tikinti dərhal dayandırıldı. Qızım fəhlələri evlərinə göndərdi, darvazanı bağlayıb kirayə qaldığımız mənzilə qayıtdıq".
Şikayətiçinin sözlərinə görə, baş memar onlara növbəti gün Gəncə şəhər İcra Hakimiyyətinə gəlməyi tövsiyə edib: "Səhəri gün səhər saat 7-yə işləmiş o ərazidə yaşayan qonşu zəng edib dedi ki, eviniz uçub. Soruşdu ki, özünüz uçurmusunuz? Biz də tikinti üçün daş tapşırmışdıq. Elə bildik ki, daşı boşaldıb gedəndə maşın toxunub hasar uçub, qonşu da bunu deyir. Tez taksiyə oturub oraya getdik. Gördük ki, 29 metrlik hasarı uçurub darvazanı yararsız hala salıblar. Evi isə darmadağın ediblər. Qızım gördüyü dəhşətli mənzərədən huşunu itirdi. Onu qonşuların köməkliyi ilə özünə gətirdik. Dərhal məsələ ilə bağlı 102 yə, Gəncə şəhər Prokurorluğuna məlumat verdik”. Gülpəri Nəbiyevanın dediyinə görə, qızı baş memarla əlaqə saxlayıb evinin uçurulduğunu bildirəndə, o, bu işlə əlaqəsinin olmadığını deyib: “Qızım sübut olaraq kamera görünlülərini və söküntünü həyata keçirən traktor sürücüsünü tapdı. Əlimizdə sübut üçün faktlar, səs yazıları var. Qızımın evinin dağıdılmasında kommunal təsərrüfat idarəsinin müdiri, onun müavini və Elxan müəllinin birbaşa əli var. Traktor sürücüsü özü polis bölməsində etiraf etdi ki, evin uçurulması əmrini ona Elxan müəllim verib. Ev onun tapşırığına əsasən, uçurulub".
Şikayətçi deyir ki, məsələ ilə bağlı dəfələrlə Gəncə şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, qurumdan heç kim onları qəbul etməyib: "Növbəyə yazıldıq və günlərlə Elxan müəllimin qəbuluna düşməyə çalışdıq. Növbə çatanda dedilər ki, Elxan müəllim burada yoxdur. Sonra Gəncə şəhər Məhkəməsinə müraciət etdik, kompensasiya sənədi hazırlayıb Gəncə şəhər İcra Hakimiyyətinə göndərdik. Qohumlardan biri bizdən xəbərsiz Korrupsiya İdarəsinə müraciət etmişdi. Qızıma bildirildi ki, Korrupsiya İdarəsindən şikayətini geri götür, əks halda torpaq haqqında verilən sərəncam ləğv olunacaq. Qızım da gedib ərizəsini geri götürdü. Ərizəni geri götürəndən 3 gün sonra 6 il öncə verilən sərəncamı bizə heç bir xəbərdarlıq etmədən ləğv etdilər. Dəfələrlə məsələ ilə bağlı müvafiq orqanlara müraciət etsək də, hələ də bir nəticə yoxdur. İki ay öncə qızım Gəncə şəhər Baş Prokurorluğunda olub, izahat yazıb. Üzərindən iki aydan artıq müddət keçməsinə baxmayaraq, hələ də bir səs-soraq yoxdur. Qızım Gəncə şəhər prokurorunun birinci müavini Rəsul müəllimin də qəbulunda olub. O deyib ki, çay qırağında ev tikdiyi üçün ona cinayət işi açıla bilər. Çünki qanuna əsasən, çay qırağında ev tikmək olmaz. Qızım isə bildirib ki, o ərazidə bütün evlərin hamısı çay kənarında tikilib. Niyə o evlərin sahiblərinə deyil, yalnız ona cinayət işi açılır? Cavab olar Rəsul müəllim ona deyib ki, bəlkə biri adam öldürəcək, sən də ona baxıb gedib adam öldürəcəksən? Bizə verilən son cavab budur. Məsələ ilə bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya da müraciət etmişik”.
Şikayətçi deyib ki, dekabrın 7-də Gəncə şəhər İcra Hakimiyyətinə kompensasıya sənədi göndəriblər. Ancaq bugünədək onlara heç bir cavab verilməyib: “Bu işin başında Gəncə şəhərinin baş memarı Elxan Məmmədov və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dayanır. Qızımın evini uçuran, torpağın sərəncamını ləğv edən də bu insanlardır. Bizə bildirilir ki, sərəncam qeyri-qanunidir, ona görə ləğv olunub. Ancaq həmin ərazidə olan 694 evin, eyni zaman da mənim qızımın evinin sərancamını Kəpəz rayonunun icara başçısı verib. Necə olur ki, bu evlərin heç birinə toxunmur, yalnız bizim evin sərəncamını ləğv edirlər. Əgər qanunsuzdursa, onda qoy bütün evlərin sənədləri qanunsuz sayılsın. Qızım evini satıb və o əmlakı 51 min manata alıb. Əlavə olaraq da 48 min manat xərc cəkib ev tikib. Oraya 100 min manat xərc qoyub. Evi uçurublar, sərəncamı da ləğv ediblər. Qızımı bu qədər ziyana salıblar. Fevral ayından evdə tikinti işlərinə başlanılanda bizə heç bir irad bildirmədilər. Ev hazır olandana sonra - iyunun 19-da yaxınlaşıb dedilər ki, evin sənədi qanunsuzdur, tikintini dayandırın. Qanunsiz idisə, niyə 5 ay müddətində bizə xəbərdarlıq etmədilər? Demək belə çıxır ki, gözləyiblər tikinti işləri yekunlaşsın, gəlib evi uçursunlar”. Şikayətçinin sözlərinə görə, İcra Hakimiyyətində tikinti üçün onlardan 5 min manat pul istəyiblər: “Qohumlardan biri bizdən icazəsiz Korrupsiya İdarəsinə müraciət edəndən sonra onlar bu istəklərindən geri çəkildilər və hər şey də bundan sonra başladı. Biz sadəcə anlaya bilmirik ki, niyə bizə qarşı belə ədalətsizlik, haqsızlıq edilir? Niyə o ərazidə heç bir ev yox, ancaq mənim qızımın evi uçurulur. Qızımın evi uçurulandan bir müddət sonra o əraziyə yaxın yerdə başqa bir ev tikildi. Ancaq heç bir kəs o evin tikilməsinə mane olmadı. Bir faktı da qeyd edim ki, hazırda qızımın uçurulan evinin yerləşdiyi ərazidəki Gəncə çayının bir hissəsi doldurulub və üzərində obyektlər tikilib. Bəs, çayın kənarında ev tikmək qanunsuzdursa, o obyektlərə niyə icazə verirlər?" Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən Bakupost.az -a bildirilib ki, vətəndaş Nəbiyeva Gülyaz Zahid qızının Gəncə çayının mühafizə zolağında torpağa dair heç bir mülkiyyət, həmçinin tikintiyə dair icazə sənədləri olmadan tikinti apardığı müəyyən edilib: "Vətəndaşa xəbərdarlıq edilib və qanunamüvafiq formada tikintinin aparılması dayandırılıb. Tikilinin sökülməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir göstəriş verilməyib. Vətəndaş hüquqlarının pozulduğunu ehtimal etdiyi təqdirdə hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət edə bilər".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
|