Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək .....                     "Əvvəllər toya kəllə qənd aparardılar... .....                     Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ .....                     Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar .....                     ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı .....                     "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq" .....                     Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb .....                     Öcalanın çağırışından sonra PKK təslim olmasa... .....                     Samir Şərifov bir kadr kimi .. .....                     "Çay susevən məhsuldur, su isə çox bahadır..." .....                     Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb .....                     "Suriya artıq İran üçün dəhliz olmayacaq" .....                     Muxtar Babayevin məqsədi nədir? .....                     Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı .....                     "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." .....                     Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... .....                     Əməkdar artist sevginin rengini tapıb .....                     İran çətin durumda: o, Bakıya qurban verilir? .....                     Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq .....                     İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib .....                     Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ .....                     DİQQƏT! Bu sosiskaları almayın! .....                     BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır .....                     Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... .....                     Xainin dəyişməyən xisləti .....                     Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... .....                     "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." .....                     Azərbaycanla sərhəddə yeni İran təhlükəsi .....                     “Yüzminlərin haqqı yenidən pozuldu” .....                     "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram" .....                     İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv .....                     Ağstafada SEÇKİ BAZARLIĞI... .....                     “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?” .....                     Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı .....                     İran Ermənistana qoşun yeridir? .....                     Daha bir xanım liposaksiyanın qurbanı oldu .....                     Tehranın “hücumuna” Bakıdan əks-həmlə: .....                     Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb .....                     Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                 

"Pul çörəyə güclə çatır, əti necə alım?" - REPORTAJ
Tarix: 17-11-2023, 11:41 | Çap et
"Pul çörəyə güclə çatır, əti necə alım?"
Astara rayonunun mərkəzi bazarının qəssabları deyir ki, ət alanların sayı kəskin azalıb. Adının çəkilməsini istəməyən qəssablardan biri bunun səbəbini belə izah edir: "Bazarda, əsasən, inək, qoyun və keçi əti satılır. Kəndlərdə diri malı baha satırlar. Biz də əti əhaliyə baha satmağa məcburuq. Baxanda qiymət elə də yüksək deyil. İnək ətinin bir kiloqramı 13, kələ əti 14, qoyun əti 14-15, quzu əti 16 manata satılır. Tərəvəz məhsullarının mövsümü başa çatıb. İlin bu vaxtları ətin ən çox satıldığı aylar olmalıdır. Ancaq ötən ilə nisbətən indi ət alanların sayı azdır. Alıcılar, əsasən, məmurlar, müəllimlər və həkimlərdir".

"Vaxt var idi bir qəssabın yanında üç-dörd nəfər çalışardı"
Qəssabın deməsinə görə, son bir ildə ətlərin qiymətində 2-3 manat bahalaşma gedib. O, əlavə edir ki, əvvəllər qardaşı da bazarda ət satıb. Onun vurğulamasına görə, ətin əvvəlki illərə nisbətən az satıldığını görüb Rusiyaya getmək məcburiyyətində qalıb: "Qardaşım 30 il idi ki, burada ət satırdı. Gördü vəziyyət çətinləşir, çıxıb getdi Rusiyaya. Hazırda bir aydır oradadır, hələ iş tapa bilməyib. Vaxt var idi bir qəssabın yanında üç-dörd nəfər çalışardı, evlərinə çörək aparardılar. İndi bir nəfər özünü qəssablıqla güclə dolandırır. Pul az qalır. Halallıqla yaşayan qəssabın işi həmişə çətin olur".

"Pensiya ilə yaşayanlar elə də çox ət almırlar"
Digər bir qəssab deyir ki, ətin az satılmasının səbəbi əhalinin alıcılıq qabiliyyətinin aşağı olmasıdır: "İş yoxdur, pul da yoxdur. Pensiya ilə yaşayanlar elə də çox ət almırlar. Elə adamlar var ki, ətə baxıb gedir. Əslində 100 mindən çox əhalisi olan rayon üçün satılan ət elə də çox deyil. 150 kiloqramlıq malın əti üç günə satılır. Nisyə ət almaq istəyənlərin əlini geri qaytarmırıq".

"Nərə kimi balıqlara əlimiz çatmır"
Adının çəkilməsini istəməyən yaşlı bir alıcının da sözlərinə görə, əhali ətin yox, çörəyin dərdini çəkir: "İki böyük övladım var, oturublar evdə, iş yoxdur. Evləndirə də bilmirəm. Pensiyamla dolanırıq. Pul çörəyə güclə çatır, əti necə alım? Adam var pulu var, hər gün ət alır. Mən ala bilmirəm. Həm də ət bahadır. Ayda bir dəfə alıram, qramla, dadını itirməyək. O gün yarım kiloqram ət aldım, satıcı qaşqabağını tökdü. Yarım kilo ətlə sümüyü necə versin? Yayda bir təhər dolanırsan, indi pomidor, xiyar da az qalır ətin qiymətinə çatsın. Nərə kimi balıqlara, ümumiyyətlə, əlimiz çatmır. Ətlə də belə olacaq".

Şahağacı kənd sakini Elçin İbrahimlinin sözlərinə görə də, kəndlərində hər adam ət ala bilmir: "Kəndin 5 min nəfər əhalisi var. Bir inəyin ətini üç-dörd günə satırlar, çoxu da borclu qalır. Ət almağa pulları yoxdur. Kəndimiz Xəzər dənizin kənarında yerləşir, əhali balıqla dolanırdı. İndi dənizə getməyə icazə vermirlər, həm də balıq tükənib. Dənizi əlimizdən alıblar. Kənddə vəziyyət ürəkaçan deyil".

Astara rayonunun Suparibağ kənd sakini Vidadi İbadovun dediyinə görə, satılan ətlərin heç də hamısı keyfiyyətli deyil.

"Ət bahalaşmaqda davam edəcək"
Bu rayonun Seləkəran kənd sakini, heyvandarlıqla məşğul olan Mikayıl Əhmədovun dediyinə görə də, ətin bahalaşması davam edəcək: "30 ildir mal-qara saxlayıram. Son üç-dörd ildə saxladığım malların sayını iki-üç dəfə azaltmışam. Yem bahadır, örüş yerləri yoxdur. Mal-qaranı saxlamaqla məşğul olanların sayı da azalır, ona görə qiymət qalxır. Qiymət qalxdıqca ət alanların sayı da azalır. Bazarda ət qalır. Bir çoxları bunu ətin bolluğu ilə səhv salır. Əvvəllər toylarda ət yeməkləri ortada qalardı. İndi toya gedənlər birinci növbədə ət yeməklərini yeyirlər. Ətin qiyməti bahalaşmaqda davam edəcək".

Yazıda səslənən tənqidi fikirlərlə bağlı cavabdeh rəsmi şəxslərlə danışmaq mümkün olmayıb. Bir qədər əvvəl Astara rayon Kənd Təsərrüfatı İdarəsindən bildirmişdilər ki, ətin bahalaşmasına səbəb yemin bahalaşmasıdır.


Mənbə: AzadlıqRadiosu ©
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27
"Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40
"Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34
Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35
Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30
Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12
"Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03
"Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49
Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14
DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12
BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09
Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58
Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55
Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52
"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36
Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29
“Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25
"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18
İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16
Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54
Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48
İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru