Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi .....                     Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? .....                     Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu .....                     Burun əməliyyatlarında ölüm riski .....                     İrəvan hökuməti hələ də eyni yanlış addımları atır .....                     "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" .....                     Belarus Azərbaycana yeni səfir təyin edib .....                     Bayden Paşinyanı yeni tələyə salır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub .....                     Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir .....                     11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı .....                     Gəncə Ekoloji Park Kompleksində .....                     Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var .....                     Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb .....                     Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib .....                     Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... .....                     Paşinyan Rusiyadan .....                     “Azəriqaz” Qarabağ Qazisinə qarşı... .....                     Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı .....                     Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... .....                     Polisə rüşvət verən azərbaycanlı .....                     ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir .....                     "Aygünlə Röya yox, Hiss?" .....                     Afiəddin Məmmədova hökm oxunub .....                     "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... .....                     AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” .....                     “Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” .....                     Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... .....                     Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? .....                     Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib .....                     “Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” .....                     Tramp-Putin görüşü HARDA OLACAQ? .....                     Paşinyan yaxın zamanda istefa verəcək .....                     Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi .....                     Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: .....                     Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib .....                     Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard .....                     Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq! .....                     Vasif Talıbov üçün özəl gün: .....                     Polis Sənan Əsədzadə ilə bağlı ARAŞDIRMALARA BAŞLADI .....                 

“General bu sahədə monopoliya yaradır” - NARAZILIQ VAR!
Tarix: 25-01-2023, 12:54 | Çap et
“General bu sahədə monopoliya yaradır”
Xarici ölkələrə gəmi lövbərlərinin satışı ilə məşğul olan azərbaycanlı şirkət rəhbəri Dövlət Gömrük Komitəsi tərəfindən süründürməçiliyə məruz qaldığını iddia edir.

DİA.AZ bildirir ki, “Qafqazinfo”ya daxil olan şikayət məktubunda qeyd olunub ki, “Corporation Vvide Profile Of Az Metal” şirkəti 5 ildən çoxdur misdən hazırlanan gəmi lövbərlərinin istehsalı və xaricə ixracı ilə məşğuldur.

Şirkətin rəhbəri Qamət Ağazadə bildirib ki, Komitənin sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Bakı Baş Gömrük İdarəsinə İsmayıl Hüseynovu rəis əvəzi təyin etdikdən sonra həmin qurumda süründürməçilik halları başlayıb: “Biz illərdir, bu işi görürük. Ona görə də şirkətimiz bütün sənədləri qanunauyğun şəkildə hazırlayıb, lazımi prosedurları keçib, rüsumlarını ödəyib. Ona görə də heç vaxt problem yaşamamışıq. Qısaca izah etsəm, xaricə mal ixracı üçün lazım olan gömrük bəyannaməsi, invoys, maşının sənədləri, kontrakt, məişət sertifikatı, uyğunluq sertifikatı və qalan hər bir xırda detalı peşəkar əməkdaşlarımız hazırlayıb ixracatı həyata keçiriblər. Bir sıra xarici şirkətlərlə kontraktlarımız var. Biz ölkə iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna töhvə veririk. Ölkəyə pul gətiririk. Amma general İsmayıl Hüseynov artıq daha bir sahibkarı küsdürüb bazardan çıxarmaq üzrədir. Bunun bir adı var: inhisarçılıq”.

Şikayətçi qeyd edir ki, ötən ilin sonlarında aldıqları sifarişləri xaricə göndərmək üçün bir neçə maşın yükü hazırlayıb sənədləşmə üçün Bakı Baş Gömrük İdarəsinə gətiriblər. Sənədlərdə heç bir problem olmadığı üçün birinci maşın buraxılıb. Lakin sonra idarədən bildiriblər ki, şirkətin uyğunluq sertifikatı qaydasında deyil: “Uyğunluq sertifikatı odur ki, yəni bizim mallarımız ekspertizadan keçib, keyfiyyətlidir. Yəni sənədlərdə göstərdiyimiz metalın növünə uyğundur. Təsəvvür edin, eyni sertifikatla bir maşını buraxırlar, sonrakı maşınları yox. Sertifikat etibarsız idisə, birinci maşını niyə buraxırdılar bəs? Bu sualı orada verəndə, nədənsə cavab verən tapılmır.

Sertifikatda saxtakarlıq varsa, versinlər prokurorluğa, araşdırılsın. Biz sertifkatı İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyətinə rəsmi icazə verilmiş “Seltux” şirkəti tərəfindən almışıq. Yəni bu şirkətə nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Akkreditasiya Mərkəzi səlahiyyət verib ki, bu sahədə uyğunluq yoxlaması apara bilərsən. Biz də bu sertifikatı almaq üçün pul ödəmişik. Nəzərə alın ki, hər gün bir maşın üçün gömrüyün həyətində dayanmağa 100 dollar haqq alınır. İki maşınımız 20 gündür ki, oradadır. Təsəvvür edin ki, DGK bir sahibkarı nə qədər ziyana salır”.

Sahibkarın sözlərinə görə, etirazlardan sonra Bakı Baş Gömrük İdarəsindən bir şəxs bildirib ki, sertifikatı Azərbaycan Standartlaşdırma İnstitutundan (Azstand) almalıdırlar. Lakin 2 dəfə “Aztsand”a müraciət etmələrinə baxmayaraq, buradan sertifikat verilməyib: “Təbii ki, burada İsmayıl Hüseynovun öz şəxsi marağı var. Qeyri-rəsmi göstəriş verib ki, bizim kimi mis katod ixracatı ilə məşğul olan şirkətlərə sertifikat verilməsin. Bununla da o qeyd etdiyim metal sahəsi üzrə monopoliya yaradır. İstəyir ki, bu sahəni öz biznesinə çevirsin. Bu metalı ondan başqası yığıb istehsal etməsin. Biz kiçik sahibkarlarıq. Malın tonunda 50 dollar qazanırıq, deyirik Allah bərəkət versin. Biz İsmayıl Hüseynov kimi milyonlar qazanmaq arzusunda deyilik.

Ay qardaş, lap mənim malım keyfiyyətsizdir. Bunun gömrüyə nə aidiyyəti var? Alan razı, satan razı. Yəni bunu mən bilərəm, alıcı bilər. Alıcı dəfələrlə bu maldan alıb. Gömrük Komitəsi niyə mənim satışıma maneə törətməkdə maraqlıdır?”

Məsələ ilə bağlı “Sertus” MMC ilə əlaqə saxladıq. Şirkətin direktoru Emil Eynullayev bildirdi ki, “Sertus” MMC Azərbaycan Akreditasiya Mərkəzinin sertifikasiyasından keçib: “Dövlət qurumu bizə rəsmi səlahiyyət verib. Biz hər 3 ildən bir bunun üçün müraciət edirik. İstehsalat prosesinə baxıb məhsula uyğunluq sertifikatı veririk. Verdiyimiz sertifikatlar bütün dövlət qurumlarında tanınır. Əgər mən dövlət akreditasiyasından keçmişəmsə, deməli, mənim verdiyim sertifikat ölkə üzrə rəsmi tanınır. Ona görə Dövlət Gömrük Komitəsinin bu barədəki göstərişləri qanunsuzdur”.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə də sorğu ünvanlamışıq.

Qeyd edək ki, İsmayıl Hüseynov 2001-ci ildən gömrük orqanlarında çalışır. Gömrük general-leytenantıdır. 2018-ci ildə Komitə sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Daha çox əvvəlki sədr Səfər Mehdiyevin kadrı kimi tanınıb. Şahin Bağırov DGK-ə sədr əvəzi təyin olunandan sonra İsmayıl Hüseynovu Bakı Baş Gömrük İdarəsinə müvəqqəti sədr göndərib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13
Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09
Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02
Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00
İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58
"Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58
Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43
Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17
Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11
11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10
Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08
Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05
Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04
Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01
Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00
Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58
“Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55
Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51
Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48
Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43
ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40
"Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37
Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34
"Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33
AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31
“Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20
Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14
Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11
“Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” - Bloomberg
Bu gün, 12:08
Tramp-Putin görüşü HARDA OLACAQ? - BAKIDA?
Bu gün, 12:04
Paşinyan yaxın zamanda istefa verəcək – Ağazaryan
Bu gün, 12:00
Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi - ODUR Kİ...
Bu gün, 11:59
Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: - "Səhhətim normaldır..."
Bu gün, 11:57
Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib
Bu gün, 11:56
Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard - KİV
Bu gün, 11:55
Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq! - NƏ BAŞ VERİR?
Bu gün, 11:54
Vasif Talıbov üçün özəl gün: - General oğlu fotolarını paylaşdı
Bu gün, 11:51
Polis Sənan Əsədzadə ilə bağlı ARAŞDIRMALARA BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:48
Şərurda `BUZ DÖVRÜDÜR`: Camaat soyuqdan donur... - "Gündüzlər nisbətən istilik olsa da..."
Bu gün, 11:46
Yeni supernazirlik gerçəyə çevrilir - zərurət və gözlənti
Bu gün, 11:42
Tramp seçilməsəydi, mühakimə olunacaqdı - HESABAT
Bu gün, 11:40
Azərbaycan nəqli sabah bərpa edəcək - Bolqarıstan
Bu gün, 10:41
Gəncəyə yönləndirilən sərnişinlər üçün XÜSUSİ REYS - AÇIQLAMA
Bu gün, 10:39
Suriyanın xarici işlər və müdafiə nazirlərinin Türkiyəyə səfəri gözlənilir - "TRT HABER"
Bu gün, 10:37
Petrosyanla Paşinyanın dostluğu niyə pozuldu? - “İravunk”
Bu gün, 10:15
Tanınmış vəkilin hesabları ələ keçirildi: Onun adından pullar yığılır - VİDEO
Bu gün, 10:04
Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı? - İLGİNC...
Bu gün, 10:02
"Dedim ki, sağlam olmayan uşaq haqda bu rəyi necə yaza bilirsiniz?" - NARAZILIQ VAR...
Bu gün, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru