Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər .....                     Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün .....                     Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi .....                     Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? .....                     Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu .....                     Burun əməliyyatlarında ölüm riski .....                     İrəvan hökuməti hələ də eyni yanlış addımları atır .....                     "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" .....                     Belarus Azərbaycana yeni səfir təyin edib .....                     Bayden Paşinyanı yeni tələyə salır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub .....                     Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir .....                     11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı .....                     Gəncə Ekoloji Park Kompleksində .....                     Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var .....                     Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb .....                     Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib .....                     Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... .....                     Paşinyan Rusiyadan .....                     “Azəriqaz” Qarabağ Qazisinə qarşı... .....                     Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı .....                     Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... .....                     Polisə rüşvət verən azərbaycanlı .....                     ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir .....                     "Aygünlə Röya yox, Hiss?" .....                     Afiəddin Məmmədova hökm oxunub .....                     "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... .....                     AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” .....                     “Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” .....                     Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... .....                     Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? .....                     Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib .....                     “Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” .....                     Tramp-Putin görüşü HARDA OLACAQ? .....                     Paşinyan yaxın zamanda istefa verəcək .....                     Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi .....                     Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: .....                     Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib .....                     Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard .....                     Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq! .....                 

Naxçıvan FHN-nin rəhbəri dəyişdi... BƏS ONUN ETDİYİ CİNAYƏTLƏR? - “Başqa yolum qalmır, ya ölməliyəm, ya da…”
Tarix: 18-01-2023, 16:10 | Çap et
Naxçıvan FHN-nin rəhbəri dəyişdi... BƏS ONUN ETDİYİ CİNAYƏTLƏR?
Naxçıvan şəhər, Xok kənd sakini Səfərov Rəcəb Qoşnalı oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu Naxçıvan MR Fövqəladə Hallar Nazirliyindən haqsız yerə işdən çıxarıblar:

“Mən, Səfərov Rəcəb Qoşnalı oğlu, Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan bir neçə vəzifəli şəxslər tərəfindən oyuna salınmışam. Murad Cabbarov adlı şəxslə ailəvi münasibətlərimiz olduğuna, ən çox da məcbur edildiyimə görə “Fövqəladə Hallar”da işlə təmin olunmaq istəyən şəxslərdən 10-15 min manat pul alıb Murad Cabbarova verirdim. O deyirdi ki, sənə də “hörmət” edəcəyəm.

Hər dəfə pul verib işə düzəlmək istəyənlərin əksəriyyəti problemsiz işlə təmin olunmuşlar. Axırıncı dəfə isə, əksinə oldu, işə düzəltmək adı ilə 10 nəfərdən işlə təmin edə və onlardan aldığım pulları geri qaytara bilmədim. Beləliklə, pul verən şəxslər məni tanıdıqlarına görə, hamısı mənim üstümə gəlir, pullarını istəyirdilər. Dəfələrlə bu haqda Murad Cabbarova məlumat verdim. Amma o, heç nə etmirdi, pulları qaytarmaq fikri yox idi.

10 nəfərdən 5-i işlə təmin olundu, qalan 5-isə yox.

Murad Cabbarovun soyuqqanlı davranışı məni qorxuya salırdı. 2022-ci ilin oktyabr ayında qərar verdim və Şamı Abdullayevin qəbuluna getdim. Şamı Abdullayev mənə dedi ki, heç yerə gedib şikayət eləmə, sakit ol, həll edərik. Bu zaman mənə aydın oldu ki, Murad Cabbarov məhz Şamı Abdullayevlə iş görürmüş.

Gözləməkdən fayda gəlmirdi, şikayətçilər pullarını istəyir, məni şikayət edəcəklərini deyirdilər. Amma onlardan qabaq mən özüm gedib nazirliyə şikayət etmişəm. Daha sonra prokurorluğa müraciət etdim, 6-7 ay istintaq getdi, dəfələrlə eyni izahatı verdim. Və son izahat zamanlar mənə prokurorluqdan bildirdilər ki, sənə 12 il iş düşür, əgər işinin azalmasını istəyirsənsə, bu işi tək törətdiyini boynuna al, işin aşağı salınsın. Dedilər ki, heç kəsin adını çəkmə, tək etdiyini bildir, səni şərti işlə azadlığa buraxaq.

Həmin vaxtı razı olmadım, amma sonradan əlacsız qalıb razılaşdım. Mənə dedilər ki, sənin ailə vəziyyətin də nəzərə alınacaq. Razılaşdım, boynuma aldım. Məhkəmədə hakim 5 il iş deyəndə başa düşdüm ki, məni aldadıblar. Üstəlik, mənə deyilən maddəni də vermədilər.

Beləliklə, 4 il 6 ay həbs cəzası verildi. Ondan sonra yoldaşım hər yerə şikayət etdi. Amma təəssüflər olsun ki, şikayətə baxılmadı. Naxçıvan MR Ali Məclisinə də şikayət etdik. Atadan qalma kənddə bir evim var idi, dövlət onu 20 min manata satdırdı və pullarını aldığım insanlara verdi. Bu işdə bir manat gəlirim olmamışdı, amma mən 20 min manat borc qaytardım. İlk mən şikayət etmişəm, amma zərərçəkən də mən olmuşam.

Hələ də 50-55 min manat borcum qalıb. Axı mən “yemədiyim” pulları necə ödəyim?! Üstümdə icbari iş var, heç bir idarə bu səbəbdən məni işlə təmin etmir. Zərərçəkənlər məni hədələyir, şikayət edəcəklərini qeyd edirlər. Bu iş Murad Cabbarov və Şamı Abdullayev tərəfindən mənim boynuma yıxıldı. Qardaşım, yoldaşım lazımi orqanlara müraciət etsələr də, şikayətə baxılmır. Hər kəs deyir ki, prokurorluq bu işə son verib. Mənim başqa yolum qalmır artıq, ya ölməliyəm, ya da həbsə girməliyəm. Pulum yoxdur ki, insanların pullarını qaytarım. Ailəmə baxa bilmirəm, uşaqlarımın qarşısında aciz qalmışam. Murad Cabbarova pul verdiyim otaqda kameralar olub, heç bir görüntünü çıxartmadılar ortaya. Hərbi prokuror qeyd edir ki, kameralarda heç bir görüntü yoxdur. Bəs görüntü yoxdursa, kamera niyə var?!

Bakıda Fövqəladə Hallar Nazirliyinə şikayət etdim. Mənə dedilər ki, bizim Naxçıvana gücümüz çatmır. Fövqəladə Nazirliyinin müavininə belə bir sual verdim ki, əgər siz baş idarəsinizsə, baş bədəni idarə edə bilmirsə, bəs sizin varlığınızın səbəbi nədir?

3 övladım var, yoldaşım psixi xəstədir, gəlir yerim yoxdur. Onlar deyən kimi, əgər bu pulları mən mənimsəmişəmsə evim, maşınım olardı, heç nəyim yoxdur. Atadan qalma evim var idi , onu da dövlət satdırdı, borca verdi.

Yoldaşım Naxçıvan Respublikası psixoloji dispanserdə qeydiyyatdadır. Oğlum asma braonxit xəstəsidir. Araşdırılma aparılsa bütün həqiqətlər ortaya çıxar. Yaxşı işçi kimi hər zaman fərqlənmişəm.

Naxçıvanda belə bir qanun var: “Günahkarı axtarmırlar, günahkarı təyin edirlər”. 6 ay istintaq davam etdi ki, mən o çətinliklərə dözə bilməyim və boynuma alım, belə də oldu. Hərbi prokurorluq da qeyd etdi ki, işimə davam edə bilərəm. Amma komandir məni ora yaxın qoymurdu. Hətta borc alıb əraziyə 800 AZN-ə çən almışdım, onun belə borcu hələ qalır.

Bir sözlə, sübutsuz hər cür şər-böhtana məruz qalmışam. Şamı Abdullayev nazir olan dövrdə tabeçiliyində olan mülki müdafiə alayında iki əsgər özünə qəsd etmişdir. Biri özünü asmış, digəri isə özünü qatarın altına atmışdır. Bu hadisələr haqqında nazir kimi ona heç bir cəza verilmədi, əksinə yüksək rütbə verildi.

Həmişə tədbirlərdə Vasif Talıbov Şamı Abdullayevi nümunə göstərək, “mənim ən sədaqətli nazirim” deyirdi. Vasif Talıbovun arxasında durduğu insana heç kəs heç nə edə bilməzdi. Bu işdə də Murad Cabbarov Şamı Abdullayevə, Şamı Abdullayev isə Vasif Talıbova arxalanıb bu qədər pulu mənim boynumda qoydular.

Şamı Abdullayevin çirkli əməllərindən biri də dövlət tərəfindən ölkə xaricinə (Ukrayna və Belarusiya ) təhsil üçün göndərilən işçilərə ayrılan 4 il müddətində 50 min manat məbləği Murad Cabbarovla birlikdə mənimsəməsidir.

Hər il idarələrin təmiri üçün işçilərdən pullar yığılır. Dövlət tərəfindən ayrılan məbləğ mənimsənilir. Mülki Müdafiə alayına ayrılmış dərman vasitələrini almırlar. Qış aylarında istiliyi 4 saatdan artıq yandırmaq qadağan edilir, soyuqda işlərinə davam edirlər.

Sizin redaksiyadan xahişim odur ki, bu məsələni işıqlandırasınız, bəlkə bu məsələyə də aydınlıq gətirələr”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
//“Hürriyyət”//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30
Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13
Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09
Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02
Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00
İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58
"Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58
Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43
Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17
Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11
11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10
Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08
Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05
Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04
Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01
Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00
Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58
“Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55
Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51
Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48
Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43
ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40
"Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37
Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34
"Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33
AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31
“Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20
Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14
Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11
“Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” - Bloomberg
Bu gün, 12:08
Tramp-Putin görüşü HARDA OLACAQ? - BAKIDA?
Bu gün, 12:04
Paşinyan yaxın zamanda istefa verəcək – Ağazaryan
Bu gün, 12:00
Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi - ODUR Kİ...
Bu gün, 11:59
Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: - "Səhhətim normaldır..."
Bu gün, 11:57
Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib
Bu gün, 11:56
Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard - KİV
Bu gün, 11:55
Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq! - NƏ BAŞ VERİR?
Bu gün, 11:54
Vasif Talıbov üçün özəl gün: - General oğlu fotolarını paylaşdı
Bu gün, 11:51
Polis Sənan Əsədzadə ilə bağlı ARAŞDIRMALARA BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:48
Şərurda `BUZ DÖVRÜDÜR`: Camaat soyuqdan donur... - "Gündüzlər nisbətən istilik olsa da..."
Bu gün, 11:46
Yeni supernazirlik gerçəyə çevrilir - zərurət və gözlənti
Bu gün, 11:42
Tramp seçilməsəydi, mühakimə olunacaqdı - HESABAT
Bu gün, 11:40
Azərbaycan nəqli sabah bərpa edəcək - Bolqarıstan
Bu gün, 10:41
Gəncəyə yönləndirilən sərnişinlər üçün XÜSUSİ REYS - AÇIQLAMA
Bu gün, 10:39
Suriyanın xarici işlər və müdafiə nazirlərinin Türkiyəyə səfəri gözlənilir - "TRT HABER"
Bu gün, 10:37
Petrosyanla Paşinyanın dostluğu niyə pozuldu? - “İravunk”
Bu gün, 10:15
Tanınmış vəkilin hesabları ələ keçirildi: Onun adından pullar yığılır - VİDEO
Bu gün, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru